Qətnamə
Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycana qarşı 15 iş üzrə qətnamələrin icrası ilə bağlı
(Avropa Şurası Nazirlər Komitəsi tərəfindən, nazir müavinlərinin 1331-ci iclasında 6 dekabr 2018-ci il tarixdə qəbul edilib)
Ərizə №: 18849/10, İlhamə Abbasova, yekun qətnamənin tarixi: 08 sentyabr 2015-ci il
Ərizə №: 68672/11, Muryusif Ağalarov, yekun qətnamənin tarixi: 25 avqust 2015-ci il
Ərizə №: 63062/11, Ələmdar Həsənov, yekun qətnamənin tarixi: 25 avqust 2015-ci il
Ərizə №: 63065/11, Ərsalam Hüseynov, yekun qətnamənin tarixi: 25 avqust 2015-ci il
Ərizə №: 53072/13, Elxan Baxşəliyev, yekun qətnamənin tarixi: 22 sentyabr 2015-ci il
Ərizə №: 63066/11, Rafiq Dövlətov, yekun qətnamənin tarixi: 25 avqust 2015-ci il
Ərizə №: 53046/13, Elmura Musayeva, yekun qətnamənin tarixi: 22 sentyabr 2015-ci il
Ərizə №: 63064/11, Fazil Əliyev, yekun qətnamənin tarixi: 25 avqust 2015-ci il
Ərizə №: 53064/13, Şahin Qədirov, yekun qətnamənin tarixi: 22 sentyabr 2015-ci il
Ərizə №: 63067/11, Kərim Qurbanov, yekun qətnamənin tarixi: 25 avqust 2015-ci il
Ərizə №: 53031/13, Mətləb Məmmədov, yekun qətnamənin tarixi: 22 sentyabr 2015-ci il
Ərizə №: 63069/11, Rafiq Neymətov, yekun qətnamənin tarixi: 25 avqust 2015-ci il
Ərizə №: 63068/11, Rasim Hacıyev, yekun qətnamənin tarixi: 25 avqust 2015-ci il
Ərizə №:63063/11, Tahir Rüstəmov, yekun qətnamənin tarixi: 25 avqust 2015-ci il
Ərizə №:53094/13, Yaşar İsmayılov, yekun qətnamənin tarixi: 22 sentyabr 2015-ci il
Nazirlər Komitəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 39-cu maddəsinin 4-cü bəndinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin qətnamələrində nəzərdə tutulan dostca anlaşmaların icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya” və “Məhkəmə”),
Məhkəmə bu işdə Ərizəçi ilə cavabdeh Dövlətin dostca anlaşması barədə hökumətin rəsmi məlumatını nəzərə alaraq, dostca anlaşmanın Konvensiyada və onun Protokollarında nəzərdə tutulan hüquq və azadlıqlara uyğun olmasına razılaşaraq, ərizəni baxılacaq işlərin siyashısından çıxaramağa qərar verib;
Məhkəmə dostca anlaşmanın şərtlərinin cavabdeh Dövlətin hökumətə tərəfindən yerinə yetirilməsindən məmnun qalaraq,
Bəyan edir ki, bu məhkəmə işlərində Konvensiyanın 39-cu maddəsinin 4-cü bəndinin şərtlərinə əməl edilib
və
Qərar verir ki, bu məhkəmə işinin araşdırılması qapadılır.
© tərcümə – Media Hüququ Qrupu