CM/ResDH(2019) 70
Akimova Azərbaycana qarşı
Ərizə №19853/03
Yekun qərar – 27 dekabr 2007-ci il (Mahiyyəti üzrə)
Yekun qərar – 09 oktyabr 2008-ci il (Ədalətli əvəzin ödənilməsi)
Mülkiyyətin qorunması:
Apelyasiya Məhkəməsinin qərarı ilə ərizəçinin mülkiyyət hüququna müdaxilə edildi. Onun mənzil üzərində mülkiyyət hüququ tanınırdı. Ancaq həmin qərarın icrası mənzilə yerləşmiş şəxslərin Dağlıq Qarabağdakı dogma torpaqlarına qayıdanədək, təxirə salınırdı (Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi).
Fərdi tədbirlər:
Dostca anlaşma çərçivəsində mənəvi zərər, habelə xərc və məsrəflərin ədalətli əvəzi ödənildi. Ərizəçi 2008-ci ildə Ali Məhkəmənin qərarından sonra yenidən mənzilinə sahib oldu.
Ümumi tədbirlər:
Daxili qanunvericiliyin yanlış tətbiq edilməsi. Qərar tərcümə edildi, dərc olundu və yayıldı.
Avropa Şurası Nazirlər Komitəsi Akimova Azərbaycana qarşı işi üzrə qərarın icrasının qapadılması barədə qətnamə qəbul edib.