CM/ResDH(2019) 170
Hacıyev Azərbaycana qarşı
Ərizə №5548/03
Yekun qərar – 16 fevral 2007-ci il
Ədalətli məhkəməyə çatım və onun effektiv işləyişi;
Ərizəçinin apellyasiya şikayəti yeni Cinayət Prosessual Məcəlləsi və Keçid müddəalarının tətbiqindən sonra səlahiyyətlərinin olmaması əsası ilə apelyasiya icraatında rədd edilib (Maddə6 §1).
Fərdi tədbirlər:
Ərizəçiyə mənəvi zərərə görə, ədalətli əvəz ödənilib. Ərizəçi 2004-cü ildə prezidentin əfvi nəticəsində həbsdən azad edilib, cəzası isə Ali Məhkəmənin Plenumu tərəfindən azaldılıb. 2007-ci ildə AİHM qərar verdikdən sonra, ərizəçinin yeni şikayəti prosedur qaydalarına əməl edilməməsi səbəbindən rədd edilib.
Ərizəçi daha sonra əlində olan digər vasitələrdən istifadə etməyib:
1) apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpası məqsədilə əsaslandırılmış tələb irəli sürmək; və ya
2) müəyyən edilmiş pozuntunun işığında məhkum edilməsinin yenidən araşdırılmasını tələb etmək.
Ümumi tədbirlər:
Qısa müddət ərzində qüvvədə olan Keçid Müddəalarının yanlış tətbiq edilməsi; Qərar tərcümə və dərc edildi, yayılması təmin edildi.
Avropa Şurası Nazirlər Komitəsi Hacıyev Azərbaycana qarşı işi üzrə qərarın icrasının qapadılması barədə qətnamə qəbul edib.