Fəaliyyət Hesabatı (DH DD (2012) 132))
Cəfərli və digərləri Azərbaycana qarşı
Ərizə no. 36079/06
Məhkəmə 1 saylı Yerli İqtisad Məhkəməsinin 9 iyul 2002-ci il tarixli qərarının icrasının təxirə salınmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə zidd olduğunu bildirib. Ərizəçilər ədalətli əvəz təmin edilməsi tələbi irəli sürməmişdilər və bunu Məhkəmə hər hansı bir məbləğin ödənilməsinə çağırışın olmaması kimi dəyərləndirib.
Fərdi tədbirlər
1 saylı Yerli İqtisad Məhkəməsinin 9 iyul 2002-ci il tarixli qərarı 2006-cı ilin mart-avqust ayları aralığında tam icra edildi. 319,183,067 AZN məbləğində vəsait Əlincə Kooperativinin Kapital Bankdakı bank hesabına ödənildi. Bu faktlar Məhkəmə tərəfindən qəbul edilib (Qərarın 20-ci bölməsi).
Ümumi tədbirlər
Qərar Azərbaycan dilinə tərcümə edilib və “Avropa İnsan Hüquqları Məhkəməsinin bülleteni”ndə nəşr edilib.
Qeyd etmək lazımdır ki, yerli məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar işlər arasında iki qrup iş – Mirzəyev işi qrupu və Tarverdiyev işi qrupu – Nazirlər Komitəsinin nəzarəti altındadır.
Mirzəyev qrupundakı işlər digər şəxslərə məxsus mülkiyyətin məcburi köçkünlər tərəfindən qanunsuz ələ keçirilməsi ilə bağlı yerli məhkəmə qərarlarının icra edilməməsi ilə bağlıdır.
Bu qərarların icrasındakı çətinliklər məcburi köçkünlərin çoxluğu (təxminən 800.000) və yaşayış üçün müvafiq infrastrukturun olmamasına ilə bağlıdır. Hökumət bu durumla əlaqədar görülən tədbirlər barədə artıq Nazirlər Komitəsini bilgiləndirib.
Tarverdiyev qrupundakı işlər ərizəçilərin əvvəlki işlərinə yenidən bərpa edilmələri ilə bağlı daxili məhkəmələrin qərarlarının icra olunmaması ilə əlaqədardır. Həmin qərarların icra edilməməsi isə ərizəçilərin əvvəllər tutduqları vəzifələrin ləğvi ilə bağlıdır.
Yekun olaraq, qeyd olunan qruplardakı işlər kimi hazırkı qərarı icra etmək də görünməyən sistematik problemlərlə əlaqədardır.
Yekun olaraq, Hökumət Nazirlər Komitəsindən bu işin araşdırlmasının qapadılmasını xahiş edir.