Qətnamə CM/ResDH(2012)4[1]
Avropa İnsan Haqları Məhkəməsinin Cəfərli və digərləri Azərbaycana qarşı
işi üzrə qərarının icrası ilə bağlı
Nazirlər Komitəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinin şərtlərinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin yekun qərarlarının icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya” və “Məhkəmə”),
Qəti qüvvəyə mindikdən sonra Məhkəmə tərəfindən təqdim edilmuş yekun qərarı diqqətə alaraq;
Cavabdeh dövlətin Məhkəmə tərəfindən müəyyən edilmiş pozuntuları qəbul etmək, ədalətli əvəz olaraq, təzminatın ödənilməsini təmin etmək öhdəliyini, gərək olduqda, müəyyən edilmiş pozuntulara son qoyulması, həmin pozuntuların nəticələrini tamamilə aradan qaldırmaq və ya mümkün olduğu qədər məhdudlaşdırmaq üçün fərdi tədbirləri, oxşar pozuntuları önləmək üçün ümumi tədbirləri həyata keçirməli olmasını xatırladaraq;
Cavabdeh Dövlətin hökumətini yuxarıda göstərilən öhdəliklərə əməl etmək üçün görülən tədbirlər barədə Komitəyə tədbirlər planı təqdim etməyə dəvət edərək;
Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinin tətbiqi ilə bağlı Komitənin qaydalarına uyğun olaraq,
hökumət tərəfindən təqdim edilən fəaliyyət hesabatını nəzərdən keçirərək (fəaliyyət hesabatına baxın);
Cavabdeh dövlət tərəfindən ərizəçiyə ədalətli əvəzin təmin olunduğunu qeyd edərək;
Bəyan edir ki, bu məhkəmə işində Konvensiyanın 46.2-ci maddəsinə uyğun olaraq, fərdi tədbirlər yerinə yetirilib və
Qərar verir ki, bu məhkəmə işinin araşdırılması qapadılır.
© tərcümə – Media Hüququ Qrupu