AİHM keçmiş vəkilin şikayəti üzrə qərarını elan edəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martın 12-də “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılmasından verilmiş şikayət üzrə qərarını elan edəcək.

Işin faktlarına görə, A.İsmayılov 2013-cü ildə bir hakimlə mübahisə kontekstində baş vermiş olaylar sonucu VK üzvlüyündən xaric edilmişdi. Hakim təhqir edildiyi əsası ilə vəkili VK-yə şikayət etmiş, kollegiyanın qərarları A.İsmayılovun vəkillik fəaliyyətinin dayandırılması ilə nəticələnmişdi.

A.İsmayılov AİHM qarşısında iddia edir ki, mübahisə üzrə çıxarılmış qərarlar onun ədalətli məhkəmə araşdırması, ifadə azadlığı və ayrı seçkiliyin yolverilməzliyi hüquqlarına müdaxilə təşkil edib.