AİHM Xədicə İsmayılovanın işi üzrə qərar verəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi fevralın 27-də Azərbaycandan göndərilmiş 2 şikayət üzrə qərarlarını elan edəcək.

Birinci iş araşdırmaçı jurnalsit Khadija Ismayilın şikayəti ilə bağlıdır. Həmin şikayət jurnalistin həbs edilməsi, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən susi-istifadədə ittiham olunması, 7.5 il azadlıqdan məhrum edilməsi ilə bağlıdır.

Jurnalistin vəkilləri iddia edir ki, Ərizəçi əsaslı şübhə olmadan həbsdə tutulub, həbsdə tutulmasının qanuniliyinə etiraz etmək üçün gərəkli zaman, imkanlara sahib olmayıb, məhkəmələr qərəzli və tərəfli davranıb, təqsirsizlik prezumpsiyası hüququ pozulub. Avropa Məhkməsindən X.İsmayılın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı (eləcə də, 5-ci maddə ilə birgə götürülməklə 18-ci maddənin pozuntusu) hüquqlarının pozuntusunun tanınması istənilir.

Digər iş boşanma ilə bağlıdır. Rasim Abuşov Azərbaycana qarşı işdə Ərizəçi boşanıb, azyaşlı uşaqları anaya verilib. Atanın və qohumlarının övladları ilə görüşməsinə şərait yaradılması üçün məhkəməyə müraciət olunub. Yerli məhkəmələrin qərarlarından narazı qalan Ərizəçi AİHM qarşısında iddia edib ki, onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüququ pozulub.