Jurnalistin cərimələnməsi işi – AİHM qərarını elan edəcək

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) oktyabrın 31-də Azərbvaycandan göndərilmiş iki şikayət üzrə 2 qərarını açıqlayacaq.

İşlərdən birində şikayətçi Naxçıvandan olan tənqidçi jurnalist Həkimeldosu Mehdiyevdir.

Onun şikayəti bilavasitə peşə fəaliyyəti ilə bağlı deyil. Mehdiyev 2011-ci ildə Naxçıvanda, Şərur rayonunda elektrik enerjisindən qanunsuz istifadə etməkdə (Cinayət Məcəlləsi, maddə 189-1.1, “elektrik enerjisindən qeyri-qanuni istifadə) günahlandırılıb. Həmin vaxt zərərin ümumi həcmi 1,050.18 manat müəyyən edilib. Yekunda məhkəmə onu 1000 AZN cəza verib.

Mehdiyev AİHM qarşısında iddia edir ki, bu işdə ona münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna yol verilib.

Digər işdə şikayətçi Məmmədquliyevdir. Ərizəçi AİHM-də məhkəməyəqədər həbsin qanunsulzuğunu mübahisələndirib.