Natiq Cəfərlinin şikayəti üzrə qərar açıqlanacaq

Press-reliz:

Noyabrın 7-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş şikayət üzrə qərarını elan edəcək. Söhbət REAL Partiyasının rəhbərlərindən Natiq Cəfərlinin şikayətindən gedir.

Şikayət 2014-cü ilin aprel ayında N.Cəfərliyə cinayət işi açılması, hüqu-mühafizə qurumlarında dəfələrlə sorgu-sual edilməsi, 2016-cı ilin avqust ayında həbs olunması ilə bağlıdır. Həmin vaxt ona qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətləri üzrə ittiham irəli sürülmüş, məhkəməyə qədər 4 aylıq həbs edilmişdi. Rəsmi ittihamda iddia edilirdi ki, o, ABŞ-ın Demokratiya Milli Dəstək Fondundan (NED) aldığı fərdi qrantın qanuni qeydiyyat prosedurlarını pozub, Ədliyyə Nazirliyinə bəyan etməyib.

N.Cəfərli həmin il sentyabrın 9-a kimi həbsdə tutulub, həmin tarixdə prokurorun müraciəti əsasında azadlığa buraxılıb.

N.Cəfərli AİHM-ə şikayətində iddia edib ki, ona cinayət işi açılması kontekstində baş verən proseslərdə Konvensiyanın 3-cü (işgəncəyə məruz qalmamaq), 5-ci (azadlıq və toxunlumazlıq), 11-ci (birləşmək), və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələri ilə təminat altına alınan hüquqlarına müdaxilə olunub.

AİHM-in qeyd edir ki, N.Cəfərlinin işi İntiqam Əliyevin, Anar Mammadlinin, Rasul Jafarovun işinin oxşarıdır. Şikayət hökumətlə 2018-ci ilin martında kommunikasiya edilib.