AİHM Fuad Qəhrəmanlıya görə hökumətə suallar göndərib

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 2 şikayət üzrə kommunikasiyaya başlayıb.

Araşdırılan işlərdə ərizəçilərdən biri siyasətçi Fuad Gahramanlidır. O, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olarkən facebook-da paylaşdığı ifadələrdən dolayı azadlıqdan məhrum edilmişdi. Milli məhkəmələr siyasətçini dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayətlərində günahkar bilmişdi.

F.Qəhrəmanlı AİHM qarşısında iddia edir ki, dövlət onun Konvensiya ilə təmnat altına alınan azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6) və ifadə azadlığı hüquqlarına müdaxilə edib.

Şikayəti araşdırılan digər ərizəçi Türkiyə vətəndaşı Mustafa Yaşar CEYHAN-dır. O, iddia edir ki, Türkiyədəki “Feto” olayları zamanı Azərbaycanda təqibə məruz qalıb, saxlanılıb və “Feto” hərəkatına mənsub olması əsası ilə iradəsinin ziddinə olaraq Azərbaycandan Türkiyəyə yola salınıb.

M.Ceyhanın vəkilləri iddia edir ki, onun işgəncəyə məruz qalmamaq (Maddə 3), azadlıq və toxunulmazlıq (Maddə 5), səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq (Maddə 13) hüquq və azadlıqlarına müdaxilə edilib.