Press-reliz:
Bu gün, iyulun 25-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha bir şikayət üzrə qərarını elan ediB. Qərar İnsan Haqları Klubu Ictimai Birliyinin Azərbaycanda dövlət qeydiyyatına alınmasından imtina edilməsi ilə bağlıdır.
Avropa İnsan Haqları Məhkəməsi qərara gəlib ki, dövlət qeydiyyatından imtina olunması Ərizəçilərin birləşəmək hüququnu (Konvensiyanın 11-ci maddəsi) pozub.
Bu pozuntuya görə, hökumət Ərizəçiyə 4500 avro, hüquqi məsrəflərə görə isə 2040 avro ödəməli olacaq.
Bu işdə şikayətçilər Rasul Jafarov, Emin Huseynov, Sabuhi Gafarov və İHK idi. Onlar 9 il əvvəl Bakıda İnsan Haqları Klubu qeyri-hökumət təşkilatını təsis etmişdilər Bütün qeydiyyat sənədləri qanuna uyğun şəkildə Ədliyyə Nazirliyinə təqdim edilmiş, amma qeydiyyatdan imtina olunmuşdu. Yerli məhkəmələr isə nazirliyin bu qərarından şikayətləri rədd etmişdilər
Ərizəçilər AİHM-ə şikayətlərində birləşmək hüququnun pozulduğunu iddia edirdilər.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)