Analiz:
Avropa Şurasının İnformasiya Cəmiyyəti Departamenti “İfadə azadlığı” hesabatını açıqlayıb. Sənəddə bu məkana daxil olan ölkələrdə ifadə azadlığının durumuna toxunulur.
Sənəddə AŞ ölkələrdində ifadə azadlığının durumuna Avropa İnsan Haqları Məhkəməsinin işığında yanaşılır, statistic bilgilər paylaşılır.
Sənəddə “İfadə azadlığı hüququnu (Avropa Konvensiyasının 10-cu maddəsi) hansı ölkələr daha çox pozur?” sualına aydınlıq gətirilir.
Bu sual ətrafında araşdırma 1959-2018-ci illəri əhatə edir. Həmin dövrdə Avropa İnsan Haqları Məhkəməsi tam 777 işdə İfadə azadlığı hüququnun pozuntusunu tanıyıb.
Avropa İnsan Haqları Məhkəməsinin 60 ildə ifadə azadlığı hüququnun pozuntusunu tanıdığı həmin 777 qərarın yarıya qədəri Türkiyəyə qarşı çıxarılıb. Türkiyə ilə bağlı belə qərarların sayı 321-dir. Bu göstərici AİHM-in 45 ölkəyə qarşı çıxardığı (ifadə azadlığı hüququnun pozuntusu ilə bağlı) qərarların cəmindən belə çoxdur.
AİHM təkcə 2018-ci ildə 10-cu maddənin pozuntusu ilə bağlı Türkiyəyə qarşı 40 qərar çıxarıb.
İfadə azadlığı hüququna ən çox müdaxilə edən ölkələrin sıralamasında ikinci Rusiyadır. AİHM məkanına daxil olandan bəri Rusiyaya qaşı 53 belə qərar çıxarılıb. Təkcə 2018-ci ildə bu ölkəyə qarşı 14 belə qərar çıxarılıb. Sonrakı yerlərdə Fransa (38), Avstriya (35), Polşa (32), Rumıniya (28) gəlir. İlk onluqda köhnə qardaşlarımızdan Moldovanın (10) da adı var. AİHM Moldovanın ifadə azadlığı hüququna 18 dəfə müdaxilə etdiyini tanıyıb.
Azərbaycan bu parametr üzrə öncül ölkələr sırasında deyil.