Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Böyük Palatası bu gün, mayın 29-da Azərbaycanla bağlı məzmunca bütün AİHM məkanında yeni olan qərarını açıqlayıb. Bu qərar REAL Hərəkatının rəhbəri Ilgar Mammadovun işi ilə baglıdır.
Qərar Avropa Şurası Nazirlər Komitəsinin müraciəti əsasında qəbul edilib. AŞNK müraciətində hesab edirdi ki, Azərbaycan hökuməti siyasi fəaliyyətini məhdudlaşdırmaq niyyəti ilə həbs etdiyi siyasətçini AİHM qərarına rəgmən azad etməyib. Bununla Azərbaycan Avropa Şurasındakı öhdəliklərinin pozuntusuna yol verib.
Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası qərar verib ki, Azərbaycan dövləti siyasətçini azad etməməklə Avropa Şurası qarşısındakı öhdəliyini (Konvemnsiyanın 46.1-ci maddəsi) pozub. Burda Azərbaycan hökumətinin İ.Məmmədovla bağlı AİHM-in 22 may 2014-cü il tarixli qərarını icra etməməsi nəzərdə tutulur. Həmin qərarla 2013-cü il İsmayıllı hadisələri ilə bağlı həbs edilən İ.Məmmədovun hüquqlarının pozulduğu tanınıb.
2014-cü ilin dekabrında Nazirlər Komitəsi ilk dəfə olaraq işə baxıb və İ.Məmmədovun azad edilməsinə çağırıb. Sonradan Komitə dəfələrlə bu çağırışı təkrar edib, lakin İ.Məmmədov bir müddət azad edilməyib.
2017-ci ilin oktyabrında Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı rəsmən xəbərdar edib ki, AİHM-in 2014-cü il qərarına əməl etmək barədə Konvensiya öhdəliyini yerinə yetirməyib. Bununla əlaqədar Avropa Şurası tarixində ilk dəfə Avropa Konvensiyasının 46-cı maddəsinə uyğun olaraq üzv dövlətin təşkilat qarşısında öhdəliyini yerinə yetirməməsi üzrə prosedur başlayıb.
Nazirlər Komitəsinin müraciəti baxılmaqdan ötrü 2017-ci il dekabrın 11-də AİHM Katibliyinə verilib və sonra Strasburq məhkəməsinin Böyük Palatasına daxil olub.
Qərar yekdilliklə qəbul edilib və dərhal qüvvəyə minib.
Qərarın ingiliscə mətni
Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)