Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi gələn həftə – aprelin 11-də Azərbaycandan göndərilmiş 4 şikayət üzrə qərarını açıqlayacaq. Şikayətlər 2011-14-cü illərdə göndərilib.
Açıqlanacaq qərarlardan biri Mirvari Qəhrəmanlı və Neftçilərin Hüqularını Müdafiə Komitəsinin şikayəti əsasında çıxarılacaq. Həmin şikayət M.Qəhrəmanlının və onun rəhbərlik etdiyi QHT-nin bank hesablarına həbs qoyulması ilə bağlıdır.
Digər şikayət məhkum edilmiş Elnur Qədirovla bağlıdır. E. Qədirovun vəkilləri onun ədalətli mühakimə edilmədiyini iddia edirlər.
Elan ediləcək digər iki qərar vətəndaşlığın tanınmaması, oturum izni verilməməsi ilə əlaqəlidir.
Ərizəçilərdən Zaur İsayev Gürcüstan vətəndaşıdır. O, sürəkli Azərbaycanda yaşasa, Azərbaycan vətəndaşı ilə ailə qursa da, əlaqəli qurumlar ona oturum izni verməyiblər.
Ərizəçi Nazim Məmmədov isə vətəndaşlığın tanınmamasını mübahisələdirir.