AİHM Azərbaycanı 22 min avrodan artıq cərimələyib

Press-reliz:

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) martın 28-də Azərbaycandan göndərilmiş bir şikayət üzrə qərarlarını elan edib. Həmin qərarlar üzrə iddia edilən pozuntuların bəziləri tanınıb, dövlət 22 min 900 avro cərimələnib.

Əhmədov və digərləri Azərbaycana qarşı qərarda Ərizəçilər H.Əhmədov, Bahadur Güləhmədzadə, Seyidağa Mahmudov, İlyas Sadıqov, Sənan Quliyev və Əsmətxanım Hüseynova olublar. Yerli məhkəmələrin onlarla bağlı qərarları icra edilmədiyindən AİHM-ə şikayət ediblər.

Ərizəçilər AİHM qarşısında iddia edirdilər ki, dövlət yerli məhkəmə qərarlarının icrasını təmin etməməklə onların hüquqlarının pozutusuna yol verib. Avropa İnsan Haqları Məhkəməsi iddia edilən pozuntuların bəzilərini (Konvensiyanın 6.1-ci maddəsi) tanıyıb.

Hökumət 6 ərizəçiyə üst-üstə 22 min 900 avro təzminat ödəməlidir. Hüquq məsrəfləri də bu məbləğə daxildir – cəmi 600 Avro.

Qərarın ingiliscə mətni

Qərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)