AİHM-dən İlkin Rüstəmzadə qərarı

Press-reliz:

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün, martın 7-də NİDA Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadəilə bağlı qərarını açıqlayıb.

Bu iş İ.Rüstəmzadənin 2013-cü ildə açılan cinayət işi çərçivəsində barəsində seçilən həbs-qətimkan tədbiri və həbsdə saxlama müddətinin uzadılmasından verdiyi şikayətlə bağlıdır.

2013-cü ildə Bakıda keçirilmiş etiraz aksiyalarının fəallarından olan İ.Rüstəmzadə ittihama görə, həmin vaxt məşhur olan “Harlem Shake” rəqsinin “azəri versiyasında” rol alanlardan idi. Bu əsnada gənc fəal xuliqanlıqda, ictimai əsayişi pozmaqda günahlandırılaraq həbs olunmuşdu. Onun barəsində ilkin olaraq 2 aylıq həbs qəti imkan tədbiri seçilmişdi. Elan ediləcək qərar həmin tədbirin seçilməsindən verilmiş şikayətlərlə əlaqəlidir. Gənc fəalın vəkilləri hesab edir ki, bu qərar onun azadlıq və toxunulmazlıq, habelə Konvensiyanın 18-ci maddəsi (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) ilə təsbit olunan haqlarına qəsd təşkil edib.

AİHM İ.Rüstəmzadənin şikayəti ilə bağlı Avropa İnsan Hüquqları Konvensiyanın 5.1-ci (azadlıq və toxunulmazlıq hüququ) maddəsinin pozuntusunu tanıyıb, mənəvi zərərə görə 20 min avro, məhkəmə xərclərinə görə 2 min 500 avro kompensasiya müəyyən edilib.

İ.Rüstəmzadə 2013-cü il martın 10-da Bakının mərkəzində əsgər ölümünə etiraz aksiyasından sonra həbs edilib. Kütləvi iğtişaşların təşkili və başqa oxşar ittihamlarla üzləşən gənc fəal 8 il həbs cəzası alıb. «Amnesty International» hüquq-müdafiə təşkilatı NİDA Vətəndaş Hərəkatının üzvü olan bu gənci «vicdan məhbusu» adlandırıb.

Qərarın ingiliscə mətniQərarın Azərbaycan dilində mətni (tezliklə əlçatan olacaq)