BEŞİNCİ BÖLMƏ
QƏRAR
Ərizənin nömrəsi: 3750/12
Elnur ƏLİVERDİYEV Azərbaycana qarşı
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 6 iyun 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:
Yonko Grozev, President,
Ganna Yudkivska,
André Potocki, hakimlər,
və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
5 yanvar 2012-ci il tarixli Ərizəni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR və PROSEDUR
Ərizəçi cənab Elnur Elman oğlu Əliverdiyev 1987-ci ildə anadan olub. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab S.Quliyev tərəfindən təmsil olunub.
Ərizəçi Konvensiyanın 8, 13 və 14-cü maddələrinə və 1 saylı Protokolun 2-ci maddəsinə əsaslanaraq, səlahiyyətli qurumlarının ona ali təhsil haqqında diplom verməkdən imtina etməsindən şikayət edib. Məhkəmə Ərizəçinin şikayətlərini Azərbaycan Hökumətinə (“Hökumət”) çatdırıb. 1 aprel 2019-cu ildə ərizəçi Reyestrə məlumat verdi ki, məsələ həll olunduğu üçün ərizəni Məhkəməyə geri götürmək istədi.
Ərizəçi 1 aprel 2019-cu il tarixdə Məhkəməyə şikayətlərinin əsaslarını təşkil edən faktların həllini tapdığını, ərizəsini geri götürmək istədiyini bildirib.
QANUNVERİCİLİK
Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ərizəçilərin artıq ərizənin araşdırlmasını davam etdirmək istəməməsi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.
Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.
Qərar ingilis dilində hazırlandı və 27 iyun 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.
Liv Tigerstedt,
Acting Deputy
Yonko Grozev,
Beşinci Bölmə, President