№74309/14, №74598/14 MİRVARİ QƏHRƏMANLI və NHMT AZƏRBAYCANA QARŞI – 21 MART 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 74309/14 və 74598/14
Mirvari Qəhrəmanlı və Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyi Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 21 mart 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
19 noyabr 2014-cü il tarixli Ərizəni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi (Ərizə 74309/14) xanım Mirvari Qəhrəmanlı 1946-cı ildə anadan olub, Azərbaycanda yaşayır. Ərizəçi təşkilat (Ərizə 74598/14) Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı 1996-cı ildə Azərbaycanda qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatıdır. Xanım Mirvari Qəhrəmanlı həm də Ərizəçi təşkilatın sədridir. Ərizəçiləri Məhkəmədə Azərbaycanda fəliyyət göstərən vəkil cənab X. Bağırov təmsil edib.

Ərizəçilər Konvensiyanın 11, 18-ci maddəsinə, 1 Saylı Protokolun 1-ci Maddəsinə əsaslanaraq, bank hesablarına həbs qoyulmasından şikayət edirdilər. Məhkəmə həmin şikayətlər barədə Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirdi.

Ərizəçilər 13 dekabr 2018-ci il tarixdə Məhkəməyə məktub göndərdilər. Bildirdilər ki, hər iki ərizədəki şikayətləri doğuran xüsusatlar həll edilib, ərizələrini geri götürmək istəyirlər.

QANUNVERİCİLİK

Məhkəmə, ərizələrin oxşar məzmununu nəzərə alaraq, onları bir qərar çərçivəsində araşdırmağı məqsədəuyğun saydı.
Yuxarıda vurğulanan xüsusatların işığında, Məhkəmə Konvensiyanın 37 § 1-ci (a) maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

 

Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə, Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 11 aprel 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

 

Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Síofra O’Leary, Beşinci Bölmə, Prezident