№175/11 SABİR XƏLİLİ AZƏRBAYCANA QARŞI – 17 YANVAR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 175/11
Sabir Qaraş oğlu XƏLİLİ Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 17 yanvar 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
6 dekabr 2010-ci il tarixli Ərizəni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi cənab Sabir Qaraş oğlu Xəlili 1935-ci il doğumludur. O, Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas xanım Sevinc Əliyeva tərəfindən təmsil olunub.

Məhkəmə Ərizəçilərin Konvensiyanın 6-cı maddəsinə və 1 Saylı Protokolun 1-ci Maddəsinə əsaslanaraq, ədalətli məhkəmə araşdırması və mülkiyyətindən sərbəst istifadə etmək hüquqlarının pozuntusundan verdikləri şikayətlərlə bağlı Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirdi.

Ərizəçinin nümayəndəsi 19 noyabr 2018-ci il tarixdə Ərizəçinin vəfat etdiyini və Ərizənin araşdırılmasının davam etdirilməyəcəyini Məhkəməyə bildirirb.

QANUNVERİCİLİK

Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ərizəçinin varislərinin Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin (a) işığında ərizənin araşdırılmasını davam etdirmək istəmədiyi qənaətinə gəldir. Buna görə Ərizə siyahıdan çıxarılmalıdır.

Qeyd olunanlara əsasən, Məhkəmə yekdilliklə,

Ərizənin baxılacaq işlərinin siyahısından çıxarılması qərarına gəldi.

Qərar ingilis dilində hazırlandı və 7 fevral 2019-cu il tarixdə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icar edən

Síofra O’Leary
Beşinci Bölmə, Prezident