Bəsti ORDUXANOVA Azərbaycana qarşı – 6 fevral 2018-ci il

Kommunikasiya 6 fevral 2018-ci il tarixdə başlamışdır

BEŞİNCİ SEKSİYA

Ərizə № 27741/13
Bəsti ORDUXANOVA Azərbaycana qarşı
Ərizə 11 mart 2013-cü il tarixdə qəbul edilmişdir

FAKTLARIN TƏSVİRİ

Ərizəçi cənab Bəsti Orduxanova milliyətcə azərbaycanlıdır, 1957-ci ildə doğulub, Bakıda yaşayır. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquşunas cənab V.Hacıbəyli tərəfindən təsmil olunur.

İŞİN HALLARI

İşin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.

Ərizəçi 20 avqust 2005-ci ildə Yasamal Rayon Məhkəməsində 2005-ci ilin aprel ayında aldığı mənzilə mülkiyyət və sahiblik hüququnun tanınması ilə bağlı bir neçə nəfərə qarşı mülki iddia qaldırdı. Mənzilin keçmiş sahibi, bundan əvvəl mənzilin alqı-satqı müqaviləsini ləğv etmək üçün müraciət etmişdi.

Yasamal Rayon Məhkəməsi 16 noyabr 2005-ci il tarixli qərarı ilə işə baxılmasını təxirə saldı. Yasamal Rayon Məhkəməsi 2008-ci ildə məhkəmə iclasını bərpa etdi. 21 iyul 2008-ci il tarixdə Yasamal Rayon Məhkəməsi Ərizəçinin iddiasını qismən təmin etdi. Ərizəçi həmin qərardan şikayət etdi, 10 dekabr 2008-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi həmin şikayəti rədd etdi.

Ərizəçinin kassasiya şikayəti verməsindən sonra, 7 iyul 2009-cu il tarixdə Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin həmin qərarını ləğv etdi.

13 oktyabr 2011-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi işə yenidən baxdı, Yasamal Rayon Məhkəməsinin 21 iyul 2008-ci il tarixli qərarını qüvvədə saxladı. Ərizəçinin kassasiya şikayətindən sonra 7 mart 2012-ci il tarixdə Ali Məhkəmə onun şikayətini qismən təmin etdi. Məhkəmə apellyasiya instansiyasının işin faktlarına lazımi hüquqi qiymət verməməsi nəticəsinə gəldi və işi yenidən apelyasiya instansiyasına qaytardı.

Bakı Apelyasiya Məhkəməsi 29 iyun 2012-ci il tarixli qərarı ilə Ərizəçinin tələblərini qismən təmin etdi. Ərizəçi 2012-ci ildə yenidən Ali Məhkəməyə kassasiya şikayəti verdi. Ali Məhkəmə 27 dekabr 2012-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı.

ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, mülkiyyət mübahisəsinə dair mülki iddiasının araşdırılmasının müddətindən şikayət edir.

2. Ərizəçi Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsinə uyğun olaraq, mülki iddiası ilə bağlı məhkəmə prosesinin uzunması səbəbindən əmlakından sərbəst istifadə hüququnun pozulmasından şikayət edir.

TƏRƏFLƏRƏ SUALLAR

1. Bu işdə mülki prosesin müddəti Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin “ağlabatan müddət” tələbini pozubmu?

2. Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsinin mənasında Ərizəçinin “əmlakına” dair mübahisə varmı? Əgər varsa, əmlak iddialarına dair mülki məhkəmə prosesinin müddəti nəzərə alınmaqla, Ərizəçinin Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsinə uyğun olaraq, əmlakından sərbəst istifadə etmək hüququnun pozuntusu baş veribmi?

Tərəflərdən mülki məhkəmə prosesinə aid bütün sənədlərin surətlərini təqdim etmələri xahiş olunur.