Kommunikasiya 22 fevral 2018-ci il tarixdə başlamışdır
BEŞİNCİ SEKSİYA
Ərizə № 73188/14
Ağavəli HƏSƏNOV Azərbaycana qarşı
Ərizə 7 noyabr 2014-cü il tarixdə qəbul edilmişdir
FAKTLARIN TƏSVİRİ
Ərizəçi cənab Ağavəli Həsənov milliyətcə azərbaycanlıdır, 1939-cu ildə doğulub, Saatlı rayonunda yaşayır. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquşunas cənab Y.Ağazadə tərəfindən təsmil olunur.
İŞİN HALLARI
İşin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.
Ərizəçi 2006-cı ildən Saatlı rayonundakı qeyri-yaşayış binasında (bundan sonra “bina”) yerləşən cücələrin inkubasiyası ilə məşğul olan B. şirkətinin yeganə səhmdarı və direktorudur. Bina 22 oktyabr 2010-cu il tarixə – Ərizəçiyə satıldığı tarixə qədər A. şirkətinə məxsus idi.
2010-cu ilin mart ayında H.Əliyev prospekti ilə üzbəüz olan binanın qapısını və dörd pəncərəsi Saatlı Rayon İcra Hakimiyyəti (“SRİH”) tərəfindən söküldü, əvəzinə divar hörüldü. SRİH hesab edirdi ki, binanın əvvəlki forması xoş görünmür, ərazinin ümumi görünüşünə mənfi çalar qatırdı.
2010-cu ilin may ayında binada 11 min 187 cücə tələf oldu. Saatlı Rayon Baytarlıq İdarəsi rəsmilərinin imzaladığı 10 may 2010-cu il tarixli bir hesabata görə, cücələr havasızlıq səbəbindən tələf olmuşdu. Sabirabad Rayon Baytarlıq Laboratoriyasının 17 may 2010-cu il tarixli ekspert rəyinə görə, cücələrin hər hansı bir yoluxucu xəstəliyi olmayıb.
Bəlli olmayan bir tarixdə Ərizəçi Saatlı Rayon Prokurorluğuna (“SRP”) müraciət etdi. O, SRİH rəhbərinin qanunsuz hərəkətlərindən, vurduğu ziyandan şikayət etdi.
SRP-nin müstəntiqinin 26 mart 2011-ci il tarixli araşdırmasına görə, binanın qapı və pəncərələri SRİH-nin baş memarının göstərişi ilə sökülmüş və divar hörülmüşdü. Müstəntiqə ifadəsində SRİH-nin başçısının birinci müavini də binanın qapı və pəncərələrinin SRİH tərəfindən hörüldüyünü təsdiqləmişdi. 27 mart 2011-ci il tarixdə SRP SRİH başçısının hərəkətləridə cinayət tərkibi olmaması əsası ilə cinayət işi açılmasından imtina olunması barədə qərar qəbul etdi.
Bundan sonrakı tarixlərdə binada xeyli başqa cücə balaları da tələf oldular.
3 sentyabr 2012-ci il tarixdə Ərizəçi Şirvan İnzibati-İqtisadi Məhkəməsində SRİH-nə qarşı mülki iddia qaldırdı. Ərizəçi iddia etdi ki, SRİH-nin qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini iddia etdi. O, maddi ziyana görə 200 min, mənəvi zərərə görəsə 15 min Azərbaycan manatı (AZN) təzminat tələb etdi.
6 fevral 2014-cü il tarixdə qərar verdi, bildirdi ki, binanın qapı və pəncərələri SRİH-nin tələbi və dəstəyi ilə Ərizəçinin özü tərəfindən hörülüb və buna görə, iddianı rədd etdi. Məhkəmə həmçinin qeyd etdi ki, bina mübahisə baş verən zaman nə Ərizəçinin, nə də B. şirkətinin mülkiyyətində olmayıb. Binanın 21 iyun 2011-ci il tarixli texniki pasportuna əsasən, binanın H.Əliyev prospekti ilə üzbəüz hissəsində heç bir pəncərə və ya qapı da olmayıb. Məhkəmə, eyni zamanda Dövlət Sığorta Fondunun Saatlı rayon İdarəsinin və Saatlı Rayon Statistika İdarəsinin məktublarına istinad etdi, B. şirkətinin 2006-cı ildən 2011-ci ilə qədər heç bir fəaliyyətilə məşğul olmadığını, bu üzdən maddi ziyanın mümkün olmadığını qeyd etdi. Məhkəmə cücələrin tələf olmasını təsdiqləyən 10 may 2010-cu il tarixli hesabatı etibarlı sübut kimi qəbul etmədi, sənədin Ərizəçinin xeyrinə, birtərəfli qaydada yazıldığını qeyd etdi.
Ərizəçi həmin qərardan Şirvan Apelyasiya Məhkəməsinə şikayət etdi.
16 aprel 2014-cü il tarixdə Şirvan Apelyasiya Məhkəməsi, 3 sentyabr 2014-cü il tarixdə isə Ali Məhkəmə Ərizəçinin şikayətlərini rədd etdi.
ŞİKAYƏTLƏR
1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət hüquqları ilə bağlı hüquqi mühakimənin ədalətli olmamasından, özəlliklə, yerli məhkəmələrin sübut və dəlillərlə bağlı yözumunun əsassız olmasından şikayət edir.
2. Ərizəçi 1 Saylı Protokolun 1-ci maddəsinə əsasən, SRİH-nin onun mülkiyyət hüququna qanunsuz müdaxilə etməsindən şikayətlənir. Özəlliklə də, SRİH-nin binanın qapı və pəncərələrini heş bir qanuni əsas olmadan hörməsindən şikayət edir.
3. Ərizəçi Konvensiyanın 13-cü maddəsinə əsasən, effektiv müdafiə vasitələrinə malik olmamasından şikayət edir.
TƏRƏFLƏRƏ SUALLAR
1. Ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsinin işığında öz əmlakından sərbəst istifadə etməsinə müdaxilə olubmu? Əgər müdaxilə olubsa, bu, qanuna uyğun idimi? Özəlliklə, bu müdaxilə Ərizəçinin üzərinə həddindən artıq yük qoyulmasına səbəb olmuşdumu (bax: Immobiliare Saffi Italy, [GC], № 22774/93, § 59, AİHM 1999-V)?
2. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, ədalətli məhkəmə araşdırması aparıldımı? Özəlliklə, Ərizəçinin əsaslandırılmış məhkəmə qərarı almaq hüququ təmin edildimi? Məhkəmənin qərarı dəlil və sübutların ağlabatan qiymətləndirilməsinə əsaslanırdımı (bax: Xamidov Rusiyaya qarşı, № 72118/01, §§ 170-175, 15 noyabr 2007)?
3. Ərizəçi Konvensiyanın 13-cü maddəsinə uyğun olaraq, səmərəli daxili müdafiə vasitələrinə malik idimi?