Ramiz ƏSGƏROV Azərbaycana qarşı – 8 yanvar 2018-ci il

Kommunikasiya 8 yanvar 2018-ci il tarixdə başlamışdır

BEŞİNCİ SEKSİYA

Ərizə № 52482/10
Ramiz ƏSGƏROV Azərbaycana qarşı
Ərizə 3 sentyabr 2010-cu il tarixdə qəbul edilmişdir

FAKTLARIN TƏSVİRİ

Ərizəçi cənab Ramiz Əsgərov 1948-ci ildə anadan olub, azərbaycanlıdır, Bakıda yaşayır. Onu Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən hüquqşunas cənab İ.Əliyev təmsil edir.

İŞİN HALLARI

Işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.

Ərizəçi Sumqayıt şəhərində qəssab, ət email müəssisəsindən (“emal müəssisəsi”) ibarət olan əmlak kompleksinin sahibi idi. O, həmin müəssisəni özəlləşdirmişdi, mülkiyyət sənədi də var idi.

19 dekabr 1997-ci il tarixdə Azərbaycan Prezidenti 659 nömrəli Fərman qəbul edib. Həmin fərmanda göstərilirdi ki, özəlləşdiriləcək obyektlərin, torpaq sahələrinin, qurumların faktiki sahibləri onları satın almaq, özəlləşdirmək üçün prioritet hüquqa malikdirlər. 3 iyul 2007-ci il tarixdə Ərizəçi sahibi olduğu müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün Dövlət Əmlakının İdarə Edilməsi Dövlət Komitəsinə (“DƏİEDK”) müraciət etdi. 13 İyul 2007-ci il tarixdə DƏİEDK müraciətə cavab verdi. Bildirdi ki, Ərizəçinin təqdim etdiyi sənədlər ekspert rəyi əsasında araşdırılacaq, Ərizəçiə sonra cavab veriləcək.

3 avqust 2007-ci il tarixdə Ərizəçi Xətai Rayon Məhkəməsinə DƏİEDK-nə qarşı iddia qaldırdı, onun cavabının qanunsuz olduğunu iddia etdi. 13 iyul 2008-ci il tarixdə Xətai rayon Məhkəməsi iddianı rədd etdi. Bildirdi ki, Ərizəçi onun təqdim etdiyi sənədlərinin ekspert rəyinə məruz qalmasını sübut edən əsaslar təqdim edə bilməyib.

Həmin qərarı 4 noyabr 2009-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsi, 5 mart 2010-cu il tarixdə isə Ali Məhkəmə qüvvədə saxladı.

Həmin vaxt DƏİEDK yenindən formalaşdırldı və 19 may 2009-cu il tarixdən Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) adlandırıldı. 2011-ci ildə Ərizəçi emal müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi üçün ƏMDK-nə müraciət etdi.

Ərizəçi torpaq sahəsində emal müəssisəsinə əlavə tikili inşa etmək üçün müraciət göndərdi, ancaq 4 aprel 2011-ci il tarixdə ƏMDK həmin müraciəti Ərizəçinin torpaq sahəsinə hüququnun olmaması əsası ilə rədd etdi.

Ərizəçi əlavə tikilinin inşasından imtinanın qanuni əsaslarının olmadığını bildirərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində ƏMDK-nə qarşı iddia qaldırdı. 4 dekabr 2012-ci il tarixdə isə Sumqayıt İnzibati-İqtisad Məhkəməsi ƏMDK-nin rədd cavabının qanuni olması əsası ilə həmin iddianı rədd etdi.

Həmin qərarı 8 may 2014-cü il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsi, 5 avqust 2014-cü il tarixdə isə Ali Məhkəmə qüvvədə saxladı.

8 avqust 2014-cü il tarixdə Ərizəçinin vəkili cənab İ.Əliyev vergidən yayınma, qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə həbs olundu. Onun ofisində axtarış aparıldı, bir sıra sənədlər, o cümlədən cənab İ.Əliyev tərəfindən təmsil olunan Məhkəmənin baxışında olan bütün işlər üzrə sənədlər götürüldü. 25 oktyabr 2014-cü il tarixdə həmin sənədlərin bir hissəsi cənab İ.Əliyevin köməkçisi Cavad Cavadova qaytarıldı.

28 avqust 2014-cü il tarixli faksla cənab İ.Əliyev Konvensiyanın 34-cü maddəsinin pozulduğunu iddia etdi, iş sənədlərinin müsadirə edilməsi barədə Məhkəməyə məlumat verdi. 2014-cü ilin sentyabrında Məhkəməyə göndərilən məktublarında cənab İ.Əliyev iş sənədlərinin götürülməsi ilə bağlı şikayətini təkrarladı.

ŞİKAYƏTLƏR

1. Ərizəçi ƏMDK-nin emal müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən imtina etməsinin Konvensiyanın 1 Saylı Protokolunun 1-ci maddəsi ilə təminat altına alınan mülkiyyət hüququna müdaxilə edilməsindən şikayət edir.

2. Ərizəçi həmçinin şikayət edib ki, 2014-cü ilin avqustunda onun işi ilə bağlı materiallarını cənab İ.Əliyevin ofisindən götürülməsi ilə dövlət Konvensiyanın 34-cü maddəsində təsbit olunan hüququnun səmərəli həyata keçirilməsinə mane olub.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçinin 1 saylı Protokolun 1-ci maddəsi mənasında mülkiyyətdən dinc şəkildə istifadə etməsinə müdaxilə edilibmi? Əgər müdaxilə edilibsə, bu, qanunlarda nəzərdə tutulmuş şərtlərə uyğun olubmu?

Ərizəçinin ət emalı müəssisəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı verdiyi müraciətlərə ƏMDK tərəfindən rədd cavabı verildimi? Həmin müraciətlər hansı qanunlar tətbiq edilməklə araşdırıldı, rədd edildi? Ərizəçinin təqdim etdiyi sənədlərə ekspert rəyi tələbi hansı hüquqi dayağa söykənirdi? Ərizəçinin yeni tikilinin inşası ilə bağlı müraciətinə rədd cavabı verilməsinin hüquqi əsası nə idi?

2. 8 və 9 avqust 2014-cü il tarixlərdə Ərizəçinin işləri ilə bağlı materialların onun nümayəndəsi İ.Əliyevin ofisindən götürülməsi ilə Dövlət, Ərizəçinin Avropa Konvensiyasının 34-cü maddəsi ilə təminat altına alınan müraciət etmək hüququnun səmərəli şəkildə həyata keçirilməsinə mane olubmu?