Bəylər ABBASOV Azərbaycana qarşı – 18 yanvar 2018-ci il

Kommunikasiya 18 yanvar 2018-ci il tarixdə başlamışdır

BEŞİNCİ SEKSİYA

Ərizə № 2773/09
Bəylər ABBASOV Azərbaycana qarşı
Ərizə 10 dekabr 2008-ci il tarixdə qəbul edilmişdir

FAKTLARIN TƏSVİRİ

Ərizəçi cənab Bəylər Abbasov 1970-ci ildə doğulub, azərbaycanlıdır, Tərtər rayonunda yaşayır.

İŞİN HALLARI

Bu işin hallarını aşağıdakı kimi ümumiləşdirmək olar.

Ərizəçi Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibə iştirakçısı, müharibə veteranıdır.
26 dekabr 2001-ci il tarixdə Azərbaycan Prezidenti 613 nömrəli sərəncam imzaladı. Həmin sərəncamla vüteranlar üçün nəzərdə tutulan kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlər müavinətlərlə əvəz edildi.

Ərizəçi 2004-cü ilin sentyabrında veteran sənədi (“vəsiqə”) almaq üçün Tərtər Rayon Hərbi Komissarlığına müraciət etdi. 11 oktyabr 2004-cü il, noyabr 2005-ci il və 16 yanvar 2006-cı il tarixlərdə Komissarlıq Müdafiə Nazirliyinin Arxivinə (“Nazirlik”) Ərizəçinin hərbi xidmətini təsdiqləyən sənədlərin təqdim edilməsi üçün məktub göndərdi.

Bununla yanaşı, 11 iyul 2005-ci il tarixdə Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibənin veteranlarına 11 Azərbaycan manatı (AZN) məbləğində aylıq müavinət təyin edildi. Həmin sənəd 1 avqust 2005-ci il tarixdə qüvvəyə mindi.

17 aprel 2006-cı il tarixdə Nazirlik Ərizəçinin hərbi xidmətini təsdiq edən sənədləri Komissarlığa göndərdi.

1 fevral 2007-ci il tarixdə veteranlar üçün aylıq müavinətin məbləği artıb 15 AZN oldu.

Komissarlıq veteranlıq vəsiqəsini Ərizəçiyə 16 mart 2007-ci il tarixdə təqdim etdi. 17 aprel 2007-ci il tarixdə Ərizəçi Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (“Mərkəz”) Tərtər İdarəsinə müraciət etdi və 2 aprel 2007-ci il tarixdən etibarən ona müavinətin ödənilməsinə başlanıldı.

1 may 2007-ci il tarixdə Ərizəçi Tərtər rayon Məhkəməsində Mərkəzə, Komissarlığa və Nazirliyə qarşı mülki iddia qaldırdı. Ərizəçi tələb etdi ki, 1 avqust 2005-ci il tarixdən 2 aprel 2007-ci il tarixədən olan dövr üçün ödənilməmiş müavinət – ümumilikdə 243 AZN ona ödənilsin. Əriəçi bildirdi ki, o, vütüranlı kartını 2004-cü ildə tələb edib, iki il yarım gecikmə dövlət orqanlarının hərəkətsiliyi səbəbindən baş verib.

17 iyul 2007-ci il tarixdə Tərtər rayon Məhkəməsi iddia ərizəsini qismən təmin etdi. Məhkəmə Ərizəçinin iddia etdiyi müddətdə müavinətdən məhrum olmasını dövlət qurumlarının fəaliyyətsizliyi ilə izah etdi və Mərkəz tərəfindən Ərizəçiyə 228 manat ödənilməsinə qərar verdi.
Mərkəz həmin qərardan apelyasiya şikayəti verdi. 7 sentyabr 2007-ci il tarixdə Gəncə Apelyasiya Məhkəməsi Ərizəçini 8 oktyabr 2007-ci il tarixdə məhkəməyə çağırdı və şikayətə etiraz etməsi üçün həmin tarixə qədər vaxt verdi. Ancaq apellyasiya şikayətinin surəti Ərizəçiyə verilmədiyindən, o, etirazını hazırlayıb təqdim edə bilmədi.

23 oktyabr 2007-ci il tarixdə Apelyasiya Məhkəməsi Mərkəzin şikayətini təmin etdi. Bildirdi ki, Ərizəçiyə müavinət veteranlılq vəsiqəsinin verildiyi vaxtdan etibarən ödənilməlidir.

Ərizəçi kassasiya şikayəti verdi. 13 iyun 2008-ci il tarixdə Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxladı.

ŞİKAYƏTLƏR

1. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən şikayət edir, bildirir ki, cavabdeh tərəfin şikayəti barədə məlumatlandırılmayıb, bununla da şikayətə etiraz etmək imkanından məhrum olub.

2. Ərizəçi Konvensiyanın 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən, şikayət edib, bildirib ki, o, dövlət tərəfindən müharibə veteranı kimi ona verilməli olan müavinəti almaqdan 1 avqust 2005-ci il tarixdən 2 aprel 2007-ci il tarixə kimi məhrum olub.

TƏRƏFLƏRƏ SUALLAR

1. 1 saylı Protokolun 1-ci maddəsi mənasında Ərizəçininmülkiyyətindən sərbəst istifadə hüququna müdaxilə baş veribmi? Əgər müdaxilə baş veribsə, bu müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun olubmu?

2. Ərizəçinin veteran vəsiqəsini almaq üçün etdiyi müraciət hansı qanuni müddəalar tətbiq edilməklə icra edilib? Veteran vəsiqələrinin verilməsi prosedurunu tənzimləyən daxili qanunvericilik kifayət qədər dəqiq və analaşılan idimi?

3. Ərizəçinin müraciəti üzrə məhkəmə prosesində Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin işığında ədalətli müzakirələr təmin olundumu? Özəlliklə, cavabdehin şikayətinin Ərizəçiyə göndərilməməsi, onun Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təminat alıtana alınan hüququna uyğun idimi?