Press-reliz:
Avropa İnsan Haqları Məhkəməsi fevralın 7-də Azərbaycandan göndərilmiş 11-dən artıq şikayət üzrə qərarlarını elan edəcək. AİHM şikayətlərin detalları haqda ətraflı məlumat vermir.
Qərarları açıqlanacaq şikayətçilər arasında dindar Ceyhun Cəfərovun adı var. O, AİHM qarşısında işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq hüququnun pozuntusuna məruz qaldığını iddia edib.
Tahir Kazımov, Sabir Xəlili, Ağammədov, Elderxanova və digərlərinin şikayətlərində isə əsasən, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu iddia edilir.