Cavabdeh Hökumətə ərizə haqqında məlumat verilməsindən sonrakı icraat barədə
1.Cavabdeh Hökumətə ərizə haqqında məlumat verilməsi: Ərizənizin qəbul edilmə meyarı üzrəilkin baxışından sonra Məhkəmə öz Qaydalarının 54 § 2 (b) maddəsinə əsasən Hökuməti ərizənizin bütövlükdə yaxud irəli sürdüyünüz şikayətlərdən birinin və ya bəzilərinin qəbuledilənliyi və mahiyyəti barədə yazılı şərhlərini təqdim etməyə dəvət edir. Ərizənizin bir hissəsini qəbuledilməz elan edən qərar qəbul edilərsə, bu hissədəki şikayət(lər)in baxılmasına son qoyulur və siz ərizənizin qəbulolunmayan qisminə aid əlavə şərhlər göndərməməlisiniz.
2.Ərizənin qəbuledilənliyinə və mahiyyətinə birgə baxılması: Bir qayda olaraq Konvensiyanın 29§1 maddəsinə və Qaydaların 54A maddəsinə əsasən, ərizələrin məzmunu onların qəbul edilmə və mahiyyət üzrə birgə baxılmasına imkan verir. Məhkəmə ərizələri qəbul edilmə və mahiyyət baxımından baxılmaq üçün hazır hesab edərsə, o, belə ərizələr üzrə Qaydaların 54A § 2 maddəsinə uyğun olaraq dərhal qətnama qəbul edə bilər.
Digər meyarlara baxmaq üçün PDF yüklə