Avropa İnsan
Hüquqları
Məhkəməsi 50 sualda
Daha çox “Avropa İnsan Hüquqları Konvensiyası” kimi tanınan İnsan Hüquqları və Əsas Azadlıqların Qorunması barədə Konvensiya 4 noyabr 1950-ci ildə Romada imzalanmış, 3 sentyabr 1953-cü ildə qüvvəyə minmişdir. Konvensiya İnsan Hüquqları haqqında Ümumi Bәyannamәdə qəbul edilmiş əsas hüquq və azadlıqları təsbit etmiş və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən dövlətlər barəsində qətnamələr çıxarmaq səlahiyyətinə malik olan beynəlxalq məhkəmə orqanı təsis etmişdir.
Bu sənəd Məhkəmənin İctimai Əlaqələr Şöbəsi tərəfindən hazırlanmışdır və Məhkəmənin üzərinə heç bir öhdəlik qoymur. Sənəd Məhkəmənin işi barədə ümumi məlumat verir.Daha ətraflı məlumat üçün Katiblik tərəfindən hazırlanan, Mәhkәmәnin rəsmi internet səhifəsində www.echr.coe.int yer alan sәnәdlәrә istinad edə bilərsiniz.