№73188/14 AĞAVƏLİ SURXAY OĞLU HƏSƏNOV AZƏRBAYCANA QARŞI – 28 NOYABR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 73188/14
Ağavəli Surxay oğlu HƏSƏNOV Azərbaycana qarşı

(Əlavəyə bax)

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 28 noyabr 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Gabriele Kucsko-Stadlmayer, President,
Mārtiņš Mits,
Lәtif Hüseynov, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

7 noyabr 2014-cü il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi cənab Ağavəli Surxay oğlu Həsənov 1939-cu ildə doğulub.

Ərizəçini məhkəmə qarşısında Azərbaycanda çalışan hüquqşunas cənab Y.Ağazadə təmsil edib.

Ərizəçi Konvensiyanın 6 və 13-cü, 1 saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq, ona məxsus əmlaka səlahiyyətli qurumlar tərəfindən edilmiş dəyişiklərin, daxili məhkəmələrin qərarlarının əsaslandırlmış olmamasından şikayət edib. Məhkəmə şikayətin qəbuledilənliyi, əsasları ilə bağlı görüşlərini bildirməsi üçün Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirib.

Məhkəmə Hökumətin müşahidələrini görüşlərini bildirməsi üçün Ərizəçi şirkətə göndərdi. Ancaq Ərizəçidən cavab almadı.

Məhkəmə 22 oktyabr 2018-ci il və 5 iyun 2019-cu il tarixlərdə xəbərnamlə poçt vasitəsilə Ərizəçiyə məktublar göndərdi, müşahidələrini təqdim etmək üçün müəyyən edilmiş icazə verilən müddətin 2 avqust 2018-ci il tarixdə başa çatdığını, müddətin uzadılmasının tələb olunmadığını bildirdi. Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndini (a) Ərizəçinin təmsilçisinin diqqətinə çatdırdı. Bildirdi ki, şərtlər Ərizəçinin ərizə üzrə araşdırmanın davam etdirməsi niyyətində olmaması nəticəsinə gəlməyə əsaslar verdiyi hallarda, Məhkəmə ərizəni baxılacaq işlər siyahısından çıxara bilər.

Məhkəmə birinci məktubun Ərizəçinin təmsilçisinə çatması barədə bildiriş almadı. Ancaq Ərizəçi 28 iyun 2019-cu ildə Məhkəmənin ikinci məktubunu aldı.

3 iyul 2019-cu il tarixdə Ərizəçinin təmsilçisi Məhkəməyə bildirdi ki, Hökumətin müşahidələri ona çatmayıb, bu səbəbdən Hökumətin müşahidələri ilə bağlı görüşlərini təqdim edə bilməyib. Məhkəmə 18 iyul 2019-cu il tarixli məktubla Hökumətin müşahidələrini yenidən Ərizəçinin təmsilçisinə göndərdi, müşahidələrin təqdim olunması üçün yeni müddət müəyyən etdi. Məhkəmə 18 iyul 2019-cu il tarixli məktuba cavab almadı.

Məhkəmə Elektron Kommunikasiya Xidməti (eComms) vasitəsilə 3 sentyabr 2019-cu il tarixdə Ərizəçinin təmsilçisinə məktub göndərdi, müşahidələrini təqdim etməsi üçün icazə verilən yeni müddətin 22 avqust 2019-cu il tarixdə başa çatdığını, müddətin uzadılmasının tələb olunmadığını onun diqqətinə çatdırdı. Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1 (a) maddəsini Ərizəçinin təmsilçisinə xatırlatdı. Ərizəçinin təmsilçisi həmin məktubu 3 sentyabr 2019-cu il tarixdə aldı. Ancaq məktuba cavab verilmədi.

QANUNVERİCİLİK

Məhkəmə, yuxarıda göstərilənlərin işığında, Ərizəçinin Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinin mənası daxilində ərizənin araşdırılmasının davam etdirilməsini istəmədiyi qənaətinə gəldi. Məhkəmə, bununla yanaşı, 37-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Buna görə, ərizə baxılacaq işlərin siyahısından çıxarılmalıdır.

Qeyd edilənlərə əsasən, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı, 19 dekabr 2019-cu il tarixdə yazılı elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Gabriele Kucsko-Stadlmayer,
Beşinci Bölmə, Prezident