№7047/12 İXTİYAR ƏLİBALA OĞLU ŞİRİN AZƏRBAYCANA QARŞI – 12 SENTYABR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 7047/12
İxtiyar Əlibala oğlu ŞİRİN Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 12 sentyabr 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Ganna Yudkivska, President,
André Potocki,
Yonko Grozev, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

6 yanvar 2012-ci il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi cənab İxtiyar Şirin 1952-ci ildə doğulub.

Ərizəçini Məhkəmə qarşısında Bakıda iqamət edən hüquqşunas E. Quliyev təmsil edib.

Məhkəmə Ərizəçinin Konvensiyanın 6 və 13-cü maddələrinə, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinə əsaslanan şikayətləri barədə Azərbaycan Hökumətini (“Hökumət”) bilgiləndirdi.

Məhkəmə 10 may 2019-cu il tarixdə xəbərnamlə poçt vasitəsilə Ərizəçi, onun təmsilçisinə məktub göndərdi, Hökumətin görüşlərinə yönəlik müşahidələrini təqdim etmək üçün müəyyən edilmiş icazə verilən müddətin 4 mart 2019-cu il tarixdə başa çatdığını, müddətin uzadılmasının tələb olunmadığını bildirdi. Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndini (a) Ərizəçilərin diqqətinə çatdırdı. Bildirdi ki, şərtlər Ərizəçinin ərizə üzrə araşdırmanın davam etdirməsi niyyətində olmaması nəticəsinə gəlməyə əsaslar verdiyi hallarda, Məhkəmə ərizəni baxılacaq işlər siyahısından çıxara bilər.

Ərizəçi, onun təmsilçisi Məhkəmənin məktublarını müvafiq olaraq, 29 və 30 may 2019-cu il tarixlərində aldı. Ancaq Məhkəmə Ərizəçi, onun təmsilçisindən məktublara cavab almadı.

QANUNVERİCİLİK

Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə, digər Ərizəçinin, eləcə də Ərizəçinin varislərinin artıq ərizənin araşdırılmasını davam etdirməyi istəmədiyi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi. Göstərilənlərə görə, ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 3 oktyabr 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Acting Deputy

Ganna Yudkivska,
Beşinci Bölmə, President