№6629/09 ABDULMANNA QASIMOV AZƏRBAYCANA QARŞI – 25 APREL 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 6629/09
Abdulmanna QASIMOV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 25 aprel 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

22 yanvar 2009-cu il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi Abdulmanna Qasımov 1964-cü ildə doğulub. Onu Məhkəmə qarşısında Azərbaycanda çalışan hüquqşunas cənab G.Zamanov təmsil edib.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinə əsaslanaraq, daxili məhkəmələrdə əlavə şahidlərin dəvət edilməsi, şahidlərin ifadələrinin obyektiv araşdırlmamasından şikayət edib. Məhkəmə Ərizəçinin şikayətləri barədə Azərbaycan Hökumətini (“Hökumət”) bilgiləndirdi.

Məhkəmə 5 iyun 2018-ci il tarixli məktubla Hökumətin müşahidələrini Ərizəçinin təmsilçisinə göndərdi, öz mülahizələrini təqdim etmək üçün ona 16 iyul 2018-ci il tarixədək vaxt verdi. Həmin məktuba ümumiyyıtlə cavab verilmədi.

Məhkəmə xəbərnaməli poçt vasitəsilə 16 oktyabr 2018-ci il tarixdə göndərilən məktubla Ərizəçinin təmsilçisinə müşahidələrini təqdim etməsi üçün müəyyən edilən müddətin 17 iyul 2018-ci il tarixdə başa çatdığı, müddətin uzadılmasının istənilmədiyini bildirdi.

Konvensiyanın 37-ci maddəsinin 1-ci (a) maddəsi Ərizəçinin təmsilçisinin diqqəti çatdırıldı, , yazışmaya cavab verilməməsinin Ərizəçinin araşdırmanı davam etdirməkdə maraqlı olmaması qənatinə gəlmək üçün əsas sayıla biləcəyi və Məhkəmənin ərizəni baxılacaq işlərin siyahısından çıxarmasına səbəb ola biləcəyi vurğulandı.

Ərizəçi həmin məktubu 16 noyabr 2018-ci il tarixdə aldı, ancaq o məktuba cavab verilmədi.

QANUNVERİCİLİK

Məhkəmə yuxarıda qeyd edilənlərin işığında Ərizəçinin ərizənin araşdırılmasını artıq davam etdirmək istəməməsi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizənin baxılacaq işlərin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 16 may 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Síofra O’Leary
Beşinci Bölmə, Prezident