64581/16 Natiq Cəfərli Azərbaycana qarşı – 16 sentyabr 2021-ci il

Qətnamə CM/ResDH(2021)204

1411-ci toplantı, 16 Sentyabr 2021 (DH)

Avropa Məhkəməsinin qəralarının icrasına nəzarət

Natiq Cəfərli Azərbaycana qarşı (Məmmdəli işi Qrupu )

64581/16, Natiq Cəfərli Azərbaycana qarşı işi;

Qərarın tarixi 07.11.2019;

Qəti olma tarixi: 07.02.2020

Nazirlər Komitəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinin şərtlərinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin yekun qərarlarının icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya” və “Məhkəmə”),

Məhkəmə tərəfindən Komitəyə təqdim edilən qəti qərarı, cinayət törətməsinə dair hər hansı əsaslı şübhə olmadan saxlanılıb, həbs edilmə ilə müəyyən edilən pozuntuları (5.1-ci maddənin pozuntusu), həbsdə saxlanılmanın qanuna uyğunluğu ilə bağlı gerçək araşdırmanın aparılmamasını (5.4-cü maddənin pozuntusu) və Məhkəmənin cinayət təqibinin əsil məqsədinin ərizənin aktif siyasi iştirakçılığına görə cəzalandırılmaq və referendum kampaniyasına müxalifətin təmsilçisi olaraq qatılmasını əngəlləmək olması ilə (5-ci maddə ilə birgə götürülməklə 18-ci maddənin pozuntusu) bağlı təsbitlərini nəzərə alaraq;

Cavabdeh Dövlətin Konvensiyanın 46-cı maddəsinin 1-ci bəndinə əsasən, tərəf olduğu işlərdə bütün yekun qərarları icra etmək öhdəliklərini xatırladaraq, bu öhdəliyə uyğun olaraq, Məhkəmə tərəfindən müəyyən edilmiş məbləğlərin ödənilməsinə əlavə olaraq, zəruri hallarda Dövlət rəsmiləri qəbul edir ki:

– mümkün olduğu qədər əvvəlki durumu təmin etmək üçün tanınmış pozuntulara son qoyur və nəticələrini aradan qaldırmaq üçün fərdi tədbirlər görür; və

– oxşar pozuntuları önləmək məqsədilə ümumi tədbirlər görür;

Cavabdeh Dövlətin hökumətini yuxarıda göstərilən öhdəliyə riayət etmək üçün görülən tədbirlər barədə Komitəyə məlumat verməyə dəvət edərək;

Məhkəmə tərəfindən müəyyən edilmiş ədalətli əvəzin ödənilməsi də daxil olmaqla, fərdi tədbirlər haqqında hökumət tərəfindən təqdim edilən məlumatları incələyərək;

Ərizəçi barəsindəki cinayət işinin sonuclandırıldığını və bu səbəbdən cinayət ittihamları ilə bağlı onun üçün heç bir mənfi nəticənin mövcud olmadığını, fərdi tədbirlər məsələsinin həll edildiyini nəzərə alaraq;

Məhkəmənin mövcud qərarda müəyyən etdiyi çatışmazlıqların aradan qaldırılması üçün həyata keçirilməli olan ümumi tədbirlər məsələsinin Məmmədli qrupu işi çərçivəsində araşdırılmağa davam etdiyini və bu səbəbdən Cəfərli Azərbaycana qarşı qərarının icrasına nəzarətin qapadılmasının Komitənin hökümətin tənqidçilərinə, vətəndaş cəmiyyəti fəallarına və insan haqları müdafiəçilərinə qarşı cinayət qanunvericiliyindən sui -istifadə problemi və bu problemin aradan qaldırılması, məhkəmə və prokurorluq qurumlarının müstəqilliyinin təmin edilməsi ilə əlaqədar ümumi tədbirlərin qiymətləndirilməsi işinə xələl gətirmədiyini xatırladaraq;

Bu işdə fərdi tədbirlərlə əlaqədar olaraq, Konvensiyanın 46.2-ci maddəsi çərçivəsindəki funksiyaların yerinə yetirildiyini BƏYAN EDİR.

Bu qərarın icrasına nəzarətin qapadılmasına QƏRAR VERİR.