BEŞİNCİ BÖLMƏ
QƏRAR
Ərizənin nömrəsi: 62437/10
Lidiya Pavlovna GABEI Azərbaycana qarşı
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 6 iyun 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:
Yonko Grozev, President,
Ganna Yudkivska,
André Potocki, hakimlər,
və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
11 oktyabr 2010-cu il tarixli Ərizəni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR və PROSEDUR
Ərizəçi xanım Lidiya Pavlovna Gabel 1941-ci ildə doğulub. Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab E. Zeynalov təmsil edib.
Ərizəçi Konvensiyanın 6, 8, 13 və 14-cü maddələrinə əsaslanaraq, səlahiyyətli dövlət qurumlarının onun etnik mənsubiyyəti ilə bağlı məlumatları dəyişdirmək müraciətini rədd etməsindən şikayət edib. Məhkəmə Ərizəçinin şikayətlərini Azərbaycan Hökumətinə (“Hökumət”) çatdırıb.
Ərizəçi 28 fevral 2019-cu il tarixdə Məhkəməyə şikayətlərinin əsaslarını təşkil edən faktların həllini tapdığını, ərizəsini geri götürmək istədiyini bildirib.
QANUNVERİCİLİK
Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ərizəçilərin artıq ərizənin araşdırlmasını davam etdirmək istəməməsi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.
Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.
Qərar ingilis dilində hazırlandı və 27 iyun 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.
Liv Tigerstedt,
Acting Deputy
Yonko Grozev,
Beşinci Bölmə, President