BEŞİNCİ BÖLMƏ
QƏRAR
Ərizənin nömrəsi: 62357/15
Nazim AĞABƏYOV Azərbaycana qarşı
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 29 avqust 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:
Yonko Grozev, President,
Ganna Yudkivska,
André Potocki, hakimlər,
və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
9 dekabr 2015-ci il tarixli Ərizəni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR və PROSEDUR
Ərizəçi cənab Nazim Ağabəyov 1978-ci ildə doğulub.
Ərizəçi Konvensiyanın 5§ 3 və 6 § 2-ci maddəsinə əsaslanaraq, məhkəməyə qədər həbsdə saxlanılmasının həddindən artıq uzun olmasında, habelə, təqsirsizlik prezumpsiyası hüququnun qorunmamasından şikayət edib. Məhkəmə Ərizəçinin şikayətləri barədə Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirib.
Ərizəçi 29 mart 2019-cu il tarixdə Məhkəməyə məktub göndərib, həmin məktubunda ərizəsinin araşdırılmasının davam etdirilməsində maraqlı olmadığını, ərizəsini geri götürmək istədiyini bildirib.
QANUNVERİCİLİK
Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ərizəçilərin artıq ərizənin araşdırlmasını davam etdirmək istəməməsi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.
Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə, Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.
Qərar ingilis dilində hazırlandı və 19 sentyabr 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.
Liv Tigerstedt,
Acting Deputy
Yonko Grozev,
Beşinci Bölmə, President