№59117/09 AZƏR MƏMMƏDOV AZƏRBAYCANA QARŞI – 29 AVQUST 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 59117/09
Azər Abdulxaliq oğlu MƏMMƏDOV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 29 avqust 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Yonko Grozev, President,
Ganna Yudkivska,
André Potocki, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

27 oktyabr 2009-cu il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi cənab Azər Məmmədov 1962-ci ildə doğulub. Ərizəçini Məhkəmə qarşısında Bakıda fəaliyyət göstərən hüquqşunas xanım Məmmədova təmsil edib.

Ərizəçi Konvensiyanın 1 Saylı Protokolunun 1-ci Maddəsinə əsaslanaraq, səlahiyyətli dövlət orqanlarının lazım olan sənədləri verməməsindən şikayət etmişdi. Məhkəmə Ərizəçinin şikayətinin qəbuledilənliyi və əsasları ilə bağlı müşahidələrini bildirməsi üçün Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirdi.

Hökumətin təqdim etdiyi müşahidələr Ərizəçiə göndərildi, ancaq Ərizəçilərdən cavab verilmədi.

Məhkəmə 25 oktyabr 2018-ci il tarixdə xəbərnamlə poçt vasitəsilə Ərizəçiyə məktub göndərdi, müşahidələrini təqdim etmək üçün müəyyən edilmiş icazə verilən müddətin 26 mart 2019-cu il tarixdə başa çatdığını, müddətin uzadılmasının tələb olunmadığını bildirdi. Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndini (a) Ərizəçilərin diqqətinə çatdırdı. Bildirdi ki, şərtlər Ərizəçinin ərizə üzrə araşdırmanın davam etdirməsi niyyətində olmaması nəticəsinə gəlməyə əsaslar verdiyi hallarda, Məhkəmə ərizəni baxılacaq işlər siyahısından çıxara bilər.

İlk məktubun Ərizəçinin təmsilçisinə çatıb-çatmadığı barədə məlumat yoxdur. Ancaq ikinci məktubla bağlı poçt məlumatında bildirildi ki, məktubun alıcısı qeyd edilən ünvanda müəyyən edilmədiyindən, məktub çatdırıla bilməyib.

Məhkəmə 2009-cu ilin oktyabr ayından sonra Ərizəçi və onun təmsilçisindən heç bir yazışma almayıb, eyni zamanda onlar poçt ünvanlarının dəyişməsi barədə Məhkəmə məlumatlandırılmayıb.

QANUNVERİCİLİK

Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə, digər Ərizəçinin, eləcə də Ərizəçinin varislərinin artıq ərizənin araşdırılmasını davam etdirməyi istəmədiyi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi. Göstərilənlərə görə, ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 19 sentyabr 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Acting Deputy

Yonko Grozev,
Beşinci Bölmə, President