BEŞİNCİ BÖLMƏ
Ərizə No. 11490/12
Natiq Fərhad oğlu MİRZAYEV Azərbaycana qarşı
14 yanvar 2012-ci ildə daxil olub
MƏHKƏMƏ İŞİNİN MÖVZUSU
Bu ərizə, ərizəçinin həbsxana rəhbərliyinə qarşı səmərəsiz tibbi müalicəyə görə şikayətinin iddia edilən ədalətsiz araşdırılması ilə bağlıdır.
Ərizəçi yerli məhkəmələrin yuxarı instansiya məhkəmələrindəki iclaslarda iştirakını təmin etməməsindən şikayətlənir.
TƏRƏFLƏRƏ SUALLAR
Həbsxana rəhbərliyinə qarşı mülki məhkəmə prosesində, ərizəçi, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsində ədalətli araşdırma ilə təmin edilibmi?
Xüsusilə, məhkəmə iclaslarında və şahidlərin dindirilməsində və digər dəlillərdə ərizəçinin şəxsən iştirakı məsələsində tərəflərin bərabərliyi prinsipinə hörmət göstərildimi?