№49566/11 YELENA ELDERXANOVA və DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI – 17 YANVAR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 49566/11
Yekaterina Əli-Həsən qızı ELDERXANOVA və digərləri Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 17 yanvar 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
28 iyul 2011-ci il tarixli Ərizəni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçilərin siyahısı əlavə edilir.

Ərizəçiləri Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab Cabbar Həsənov təmsil edirdi.

Məhkəmə Ərizəçilərin Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 Saylı Protokolun 1-ci Maddəsinə əsaslanaraq, ədalətli məhkəmə araşdırması və mülkiyyətindən sərbəst istifadə etmək hüquqlarının pozuntusundan verdikləri şikayətlərlə bağlı Hökuməti bilgiləndirdi.

5 oktyabr 2018-ci il tarixli xəbərnaməli poçtla Ərizəçilərə bildirildi ki, qeydlərini təqdim etmələri üçün icazə verilən müddət 8 iyun 2018 tarixdə başa çatıb, həmin müddətin uzadılması da istənilməyib. Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndini (a) Ərizəçilərin diqqətinə çatdırdı. Bildirdi ki, şərtlər Ərizəçinin ərizə üzrə araşdırmanın davam etdirməsi niyyətində olmaması nəticəsinə gəlməyə əsaslar verdiyi halalrda, Məhkəmə ərizəni baxılacaq işlər siyahısından çıxara bilər.
Poçt xidmətindən daxil olan bildirişdə vurğulanıb ki, məktubu Ərizəçiyə və ya nümayəndəsində çatdırmaq cəhdləri uğursuz olub. Eyni zamanda, Ərizəçinin nümayəndəsi Məhkəmə ilə sonuncu dəfə 28 iyul 2011-ci il tarixdə yazışıb, həmin vaxtdan poçt ünvanında hər hansı bir dəyişikliyine dilməsi barədə Məhkəməyə hər hansı bilgi verməyib.

QANUNVERİCİLİK

Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ərizəçilərin artıq ərizənin araşdırlmasını davam etdirmək istəməməsi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Bundan əlavə, Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə, Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 7 fevral 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Síofra O’Leary
Beşinci Bölmə, Prezident

 

Əlavə:

Ərizəçilər,
1. Yekaterina Əli-Həsən qızı Elderxanova, 1988, Azərbaycanlı, Bakı
2. Əlihəsən Elderxanov, 1960, Azərbaycanlı, Bakı
3. Qasım Hacıağa oğlu Quliyev, 1958, Azərbaycanlı, Bakı
4. Roman Nizamoviç Məmmədov, 1975, Azərbaycanlı, Bakı
5. Səttar Qəzənfər oğlu Manafov, 1951, Azərbaycanlı, Bakı
6. Alik Rzayev, 1947, Azərbaycanlı, Bakı