№45002/14 XANAĞA AĞAYEV AZƏRBAYCANA QARŞI – 31 YANVAR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 45002/14
Xanağa AĞAYEV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 31 yanvar 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
6 iyun 2014-cü il tarixli Ərizəni,
Ərizənin siyahıdan çıxarılmsı barədə Hökumətin təqdim etdiyi bəyannaməni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi barədə məlumatlar əlavə edilib.

Ərizəçini Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab A.Qasımov təmsil edib.

Ərizəçi Konvensiyanın 6 § 1 və 1 Saylı Protokolun 1-ci Maddəsinə söykənərək, məhkəmə qərarının cira edilməməsindən şikayət edirdi. Məhkəmə Ərizəçinin şikayətləri barədə Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirdi.

QANUNVERİCİLİK

Tərəflər arasında dostca anlaşma müzakirələri uğursuz oldu. Bunun ardınca, Hökumət Məhkəməyə Ərizəçinin şikayətlərini doğurmuş problemləri aradan qaldırmaq məqsədilə tək tərəfli bəyannamə verilməsini təklif etdi. Həmçinin, Məhkəmədən Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, müraciətin müzakirə olunması istənildi.

Hökumət daxili məhkəmə qərarının icrasının gecikdiyini qəbul etdi. Hökumət Ərizəçiyə əlavədə göstərilən məbləği ödəməyi təklif etydi. Bildirdi ki, həmin məbləğ tətbiq ediləcəyi tarixdəki məzənnəyə uyğun olaraq cavabdeh dövlətin valyutasına çevriləcək, Məhkəmənin qərarının elan edildiyi 3 ay ərzində Ərizəçiyə ödəniləcək. Təzminat məbləğini yuxarıda göstərilən üç aylıq müddət ərzində ödəmədiyi halda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir. Bu işdəki təzminatın ödənilməsi Ərizənin son həllini təşkil edəcək.

Hökumət, Məhkəmənin Konvensiyanın 37 § 1 (c) maddəsinə əsasən, Ərizəni siyahıdan çıxarmasını istədi.

Məhkəmə Hökumətin təktərəfli bəyannamə təklifi barədə bilgiləndirdi. Ancaq hər hansı cavab almadı.

Məhkəmə Konvensiyasının 37 § 1 (c) maddəsinin aşağıdakı hallarda bir ərizənin siyahıdan çıxarıla biləcəyini qeyd edir:

“(c) Məhkəmənin müəyyənləşdirdiyi istənilən digər səbəbə görə, şikayətə baxışı davam etdirməyə lüzum yoxdursa.”

Ərizəçinin işin araşdırılmasının davam etdirilməsini istəməsinə rəğmən, cavabdeh Hökumət tək tərəfli bəyannamə verməklə, Ərizənin siyahıdan çıxarılmasını istəyə bilər (bax, Acar Türkiyəyə qarşı [GC], № 26307/95, §§ 75‑77, AİHM 2003-VI).

Məhkəmə daxili məhkəmə qərarlarının icra edilməməsi və ya icranın gecikdirilməsindən verilmiş şikayətlərlə bağlı Azərbaycana münasibətdə aydın və geniş presedent hüququ yaradıb (bax: məsələn, Axundov Azərbaycan qarşı, № 39941/07, 3 fevral 2011; Cəfərli və başqaları Azərbaycana qarşı, №36079 / 06, 29 iyul) 2010; Faber Firm və Cəfərov Azərbaycana qarşı, № 3365/08, 25 noyabr 2010).

Məhkəmə, Hökumətin bu işdə daxili məhkəmə qərarının icrasının gecikməsini qəbul etməsini diqqətə almaqla yanaşı, təklif edilən təzmiantın məbləğini də nəzərə alaraq, hesab edir ki, Ərizənin araşdırılmasının davam etdirilməsi artıq əsaslı deyil (Maddə37 § 1 (c)).

Yuxarıda vurğulanan xüsusatların işığında, Məhkəmə Konvensiya və onun Protokollarında nəzərdə tutulmuş insan haqlarına sayğının, ərizənin araşdırlmasının davam etdirilməsini gərəkli etmədiyinə qərar verdi (37 § 1).

Məhkəmə yekunda qeyd edir ki, Hökumət tək tərəfli bəyannamənin şərtlərinə əməl etməzsə, Konvensiyanın 37-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq, ərizə siyahıya yenidən bərpa edilə bilər (Josipović Serbiyaya qarşı, 18369/07, 4 mart 2008).

Yuxarıdakıları nəzərə alaraq, Ərizənin siyahıdan çıxarılması məqsədəuyğundur.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Hökumətin təqdim etdiyi təktərəfli bəyannamənin ərtlərini və orda nəzərdə tutulan öhdəliklərə əməl olunmasını təmin edəcək düzənləmələri qeyd edir,

Ərizənin Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq, baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verir.

Qərar ingilis dilində hazırlandı və 21 fevral 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Síofra O’Leary
Beşinci Bölmə, Prezident

 

Əlavə:
Ərizəçi: Xanağa Ağali oğlu Ağayev, nümayəndəsi: Qasımov Azər, Təzminat: 100 avro