MAHMUDOV VƏ AĞAZADƏ İŞİ QRUPU – AŞ NK QƏTNAMƏ (2015)250

 

Avropa Şurası
Nazirlər Komitəsi

 

Aralıq qətnamə CM/ResDH(2015)250

 

Avropa İnsan Hüquqları Məhkəməsinin Mahmudov və Ağazadə Azərbaycana qarşı və Fətullayev Azərbaycana qarşı işləri üzrə qərarlarının icrası ilə bağlı

 

(Nazirlər Komitəsi tərəfindən 1243-cü iclasda 9 dekabr 2015-ci il tarixdə qəbul edilib)

Application

Case Judgment of Final on

35877/04

MAHMUDOV AND AGAZADE 18/12/2008 18/03/2009

40984/07

FATULLAYEV 22/04/2010

04/10/2010

Nazirlər Komitəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 46-cı maddəsinin 2-ci bəndinin şərtlərinə əsasən, Avropa İnsan Haqları Məhkəməsinin yekun qərarlarının icrasına nəzarət olunmasını təmin edir (bundan sonra “Konvensiya” və “Məhkəmə”),

Cinayət qanunvericiliyinin özbaşına tətbiq edilməsi, özəlliklə, defamasiya haqqında qanunvericiliyin uyğun olmaması ilə bağlı hazırkı məhkəmə işlərinin ortaya çıxardığı problemlərin müvafiq olaraq 2009 və 2010-cu illərdə Nazirlər Komitəsində müzakirəyə çıxarıldığını yada salaraq;

Bu işlərlə bağlı AŞ NK-nın daha əvvəl qəbul edilmiş qətnamə və aralıq qətnamələrini xatırladaraq;

İfadə azadlığı kimi təməl azadlığı məhdudlaşdırmaq üçün cinayət qanunvericiliyinin özbaşına tətbiqi ilə bağlı problemlərə hər hansı uyğun reaksiya verilməməsinə dərin narahatlığını ifadə edir və irəli sürülən təşəbbüslərə rəğmən defamasiya haqqında qanunvericiliyə zəruri dəyişikliklərin edilmədiyini bildirərək;

Bu kontekstdə ərizəçilərin, özəlliklə Mahmudov və Ağazadənin təmsilçisi Cənab İntiqam Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsindən dərin narahatlığını vurğulayaraq;

Bir daha ifadə azadlığının demokratik cəmiyyətin əsas təməllərindən birini təşkil etdiyini və onun tərəqqisi üçün əsas şərtlərdən biri olduğunu və cinayət qanunvericiliyinin özbaşına tətbiqi ilə bağlı səmərəli təminatların mövcudluğunun qanunun aliliyinə hörmət baxımından çox vacib olduğunu vurğulayaraq;

Səlahiyyətli qurumlara Nazirlər Komitəsi ilə dialoqu bərpa etməyi;

Bu işlər çərçivəsində müəyyən edilən problemləri, özəlliklə də cinayət qanunvericiliyinin ifadə azadlığını məhdudlaşdırmaq üçün özbaşına tətbiq olunmasındakı problemləri çözməkdə qətiyyətli olmalarını nümayiş etdirən tədbirləri təxirəsalamadan həyata keçirməyi tövsiyə edir;

Bu məhkəmə işlərinə AŞ NK-nın 1250-ci iclasında (mart 2016) (DH) yenidən baxılmasına qərar verir.

© tərcümə – Media Hüququ Qrupu