№42221/14 ELNUR QƏDİROV AZƏRBAYCANA QARŞI – 21 MART 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 42221/14
Elnur QƏDİROV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 21 mart 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

26 may 2014-cü il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi cənab Elnur Qədirov 1976-cı ildə doğulub, qərar verilən zaman həbs cəzası çəkən Azərbaycan vətəndaşıdır.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinə əsaslanaraq, milli məhkəmələrdə onun əleyhinə olan şahidləri dindirə, suallar verə bilməməsindən şikayət edirdi. Məhkəmə Ərizəçinin şikayətləri barədə Azərbaycan Hökumətini (“Hökumət”) bilgiləndirdi.

23 oktyabr 2018-ci il tarixdı Hökumətin müşahidələri Ərizəçiyə göndərildi. 5 dekabr 2018-ci il tarixi Hökumətin müşahidələrinin cavablandırılması üçün son tarix müəyyən edildi.

Məhkəmənin məktubuna 31 oktyabr 2018-ci il tarixdə Ərizəçinin vəkili cavab verdi. O, Məhkəməyə bildirdi ki, artıq Ərizəçini təmsil etmək statusunun olmadığını, Ərizəçinin ərizənin araşdırılması ilə bağlı düşüncəsindən xəbərsiz olduğunu vurğuladı.

Ərizəçi xəbərnaməli poçtla göndərilmiş 12 noyabr 2018-ci il tarixli məktubla vəkilinin cavabı haqda bilgiləndirildi. Məhkəmə 10 dekabr 2018-ci il tarixdə Ərizəçiyə yeni bir nümayəndə müəyyən etməsini təklif etdi, 36-cı qaydanın 2-ci hissəsini yada salaraq, yazışmaya cavab verilməməsinin Ərizəçinin araşdırmanı davam etdirməkdə maraqlı olmaması qənatinə gəlmək üçün əsas sayıla biləcəyi və Məhkəmənin ərizəni baxılacaq işlərin siyahısından çıxarmasına səbəb ola biləcəyi vurğulandı.

3 yanvar 2019-cu il tarixdı Ərizəçi bu məktubu aldı. Ancaq cavab vermədi.

QANUNVERİCİLİK

Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ərizəçilərin artıq ərizənin araşdırlmasını davam etdirmək istəməməsi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 11 aprel 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Síofra O’Leary
Beşinci Bölmə, Prezident