№41599/12 FUAD ƏZİZBALA OĞLU ƏZİZOV və DİGƏRLƏRİ AZƏRBAYCANA QARŞI – 29 AVQUST 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 41599/12
Fuad Əzizbala oğlu ƏZİZOV və digərləri Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 29 avqust 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

Əlavədə göstərilmiş müxtəlif vaxtlarda verilmiş Ərizələri,

Ərizəçilərin ərizələrin dostca həll edilməsini ifadə edən bəyannamələrini diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Əlavədə ərizəçilərin siyahısı göstərilir.

Ərizəçil Konvensiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsaslanaraq, məhkəməyə qədər həbs edilmələrinin qanunsuzluğundan şikayət ediblər. Məhkəmə, Ərizəçilərin şikayətləri barədə Azərbaycan Hökumətini (“Hökumət”) bilgiləndirib.

Məhkəmə Ərizəçilərdən şikayətlərini doğuran faktlarla bağlı əlavədə göstərilmiş məbləğdə təzminat ödənilməsinə qarşılıq olaraq, tələblərindən imtina etmələrini ifadə edən dostca anlaşma bəyannamələrini aldı. Məhkəməyə bildirildi ki, bəyannamələrdə göstərilən məbləğ tətbiq ediləcəyi tarixdəki məzənnəyə uyğun olaraq, cavabdeh dövlətin valyutasına çevriləcək, Məhkəmənin qərarının elan edildiyi 3 ay ərzində Ərizəçiyə ödəniləcək. Təzminat məbləğini yuxarıda göstərilən üç aylıq müddət ərzində ödəmədiyi halda Hökumət, bu müddətin bitməsi tarixindən hesablanmaqla, Avropa Mərkəzi Bankının kredit faizi ilə hesablanmış faiz və onun üzərinə daha üç faiz ödəməlidir.

Bu işdəki təzminatın ödənilməsi Ərizənin son həllini təşkil edəcək.

QANUNVERİCİLİK

Məhkəmə, ərizələrin oxşar məzmununu nəzərə alaraq, onları bir qərar çərçivəsində araşdırmağı məqsədəuyğun saydı.

Yuxarıda vurğulanan xüsusatların işığında, Məhkəmə Konvensiyanın 37 § 1-ci (a) maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəçilərin bəyannaməsinə qatılır,

Konvensiyanın 39-cu maddəsinə uyğun olaraq, ərizələri baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 19 sentyabr 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Síofra O’Leary,
Beşinci Bölmə, Prezident

ƏLAVƏ

Ərizə 41599/12, 27/06/2012, Fuad Əzimov, təmsilçi: Ç.Babayev; təzminat: 6 500 avro
Ərizə 28 516/13, 27/03/2013, Abdulla Yolbarsov, təmsilçi: X.Bağırov; təzminat: 3 500 avro;
Ərizə 45022/13, 02/07/2013, Şakir Mustafayev, təmsilçi: X.Bağırov; təzminat: 3 800 avro;
Ərizə 7629/15, 30/01/2015, Mutlu Mustafa Utku, təmsilçi: X.Bağırov; təzminat: 3 500 avro;