№5036/13 MEHRALI MƏMMƏDOV AZƏRBAYCANA QARŞI – 12 SENTYABR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 45036/13
Mehralı Hidayət oğlu MƏMMƏDOV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 12 sentyabr 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Ganna Yudkivska, President,
André Potocki,
Yonko Grozev, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

3 iyul 2013-cü il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi cənab Mehralı Hidayət oğlu Məmmədov 1966-cı ildə doğulub.

Ərizəçini Məhkəmə qaraşısında Azərbaycanda fəaliyyət göstərən hüquqşunas cənab V.Əliyev təmsil edib.

Ərizəçi Konvensiyanın 6-cı Maddəsinə, 1 Saylı Protokolun 1-ci Maddəsinə əsaslanaraq, on məxsus mülkün sökülməsinin qanunsuzluğundan, yerli məhkəmələrin araşdırmalarının əsassız olmasından şikayət edib. Məhkəmə şikayətin qəbuledilənliyi, əsasları ilə bağlı görüşlərini bildirməsi üçün Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirib. Hökumətin görüşləri Ərizəçiyə göndərildi, ancaq Ərizəçidən cavab alınmadı.

Məhkəmə 22 oktyabr 2018-ci il və 5 iyun 2019-cu il tarixlərdə xəbərnamlə poçt vasitəsilə Ərizəçiyə məktublar göndərdi, müşahidələrini təqdim etmək üçün müəyyən edilmiş icazə verilən müddətin 8 iyun 2018-ci il tarixdə başa çatdığını, müddətin uzadılmasının tələb olunmadığını bildirdi. Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndini (a) Ərizəçilərin diqqətinə çatdırdı. Bildirdi ki, şərtlər Ərizəçinin ərizə üzrə araşdırmanın davam etdirməsi niyyətində olmaması nəticəsinə gəlməyə əsaslar verdiyi hallarda, Məhkəmə ərizəni baxılacaq işlər siyahısından çıxara bilər.

Ərizəçinin təmsilçisi Məhkəmənin məktublarını 20 iyun 2019-cu il tarixdə alıb. Ancaq həmin məktublara cavab verilməyib.

QANUNVERİCİLİK

Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə, digər Ərizəçinin, eləcə də Ərizəçinin varislərinin artıq ərizənin araşdırılmasını davam etdirməyi istəmədiyi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Göstərilənlərə görə, ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 3 oktyabr 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Acting Deputy

Ganna Yudkivska,
Beşinci Bölmə, President