№62357/15 NAZİM AĞABƏYOV AZƏRBAYCANA QARŞI – 29 AVQUST 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 1213/11
Elman Dəmir oğlu DƏMİROV və Akif Dəmir oğlu DƏMİROV Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 29 avqust 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Yonko Grozev, President,
Ganna Yudkivska,
André Potocki, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,

15 dekabr 2009-cu il tarixli Ərizəni diqqətə alaraq,

Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçilər cənab E.Dəmirov və cənab A.Dəmirov qardaşdılar. Onlar ərizələrində hər ikisi üçün eyni poçt ünvanını göstərmişdilər. Ərizəçilər Məhkəmə qarşısında onları təmsil edəcək nümayəndə təyin etməmişdilər.

Ərizəçilər Konvensiyanın 6-cı, 13-cü maddələrinə və 1 Saylı Protokolun 1-ci Maddəsinə əsaslanaraq, daxili məhkəmələrdəki mülki məhkəmənin ədalətsiz olmasından şikayət etmişdilər. Məhkəmə Ərizəçilərin şikayətlərinin qəbuledilənliyi və əsasları ilə bağlı müşahidələrini bildirməsi üçün Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirdi.

Hökumətin müşahidələri Ərizəçilərə göndərildi, ancaq Ərizəçilərdən cavab verilmədi.

Məhkəmə 24 iyul 2018-ci il tarixdə xəbərnamlə poçt vasitəsilə Ərizəçilərə məktub göndərdi, müşahidələrini təqdim etmək üçün müəyyən edilmiş icazə verilən müddətin 8 iyun 2018-ci il tarixdə başa çatdığını, müddətin uzadılmasının tələb olunmadığını bildirdi. Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndini (a) Ərizəçilərin diqqətinə çatdırdı. Bildirdi ki, şərtlər Ərizəçinin ərizə üzrə araşdırmanın davam etdirməsi niyyətində olmaması nəticəsinə gəlməyə əsaslar verdiyi hallarda, Məhkəmə ərizəni baxılacaq işlər siyahısından çıxara bilər.
Poçt xidmətindən daxil olan bildirişdə məktubun göndərildiyi ünvanın sahibinin ölməsi səbəbindən çatdırıla bilməyəcəyi bildirildi.
Ərizəçilərdən hansının vəfat etdiyi bəlli olmadı, bununla belə digər Ərizəçi qardaşının ölümü, onunla təmas qurula biləcək ünvan dəyişikliyi barədə Məhkəməyə hər hansı bir bilgi verməyib.

QANUNVERİCİLİK

Yuxarıda qeyd edilənlərin işığınd Məhkəmə, digər Ərizəçinin, eləcə də Ərizəçinin varislərinin artıq ərizənin araşdırılmasını davam etdirməyi istəmədiyi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Göstərilənlərə görə, ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,

Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 19 sentyabr 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Acting Deputy

Yonko Grozev,
Beşinci Bölmə, President