Naida İSMAYILZADƏ Azərbaycana qarşı – 8 yanvar 2018-ci il

Kommunikasiya 8 yanvar 2018-ci il tarixdə başlamışdır

BEŞİNCİ SEKSİYA

Ərizə № 22823/10
Naida İSMAYILZADƏ Azərbaycana qarşı
Ərizə 19 aprel 2010-cu il tarixdə qəbul edilmişdir

FAKTLARIN TƏSVİRİ

Ərizəçi xanım Naida İsmayılzadə 1955-ci ildə anadan olub, Bakıda yaşayır, Azərbaycan vətəndaşıdır.

İŞİN HALLARI

Işin halları aşağıdakı kimi ümumiləşdirilə bilər.

Ərizəçi Prezident yanında Xüsusi Tibbi Xidmətə bağlı oln Diaqnostik Müalicə Mərkəzində (“Mərkəz”) həkim idi. Karyerası boyunca Mərkəzdə üç dəfə peşəkar qiymətləndirmə imtahanlarında (“attestasiya” – “imtahan”) iştirak edib.

17 noyabr 2008-ci il tarixdə Mərkəzin müdiri işçilər arasında növbəti imtahanın keçirilməsi barədə əmr imzalayıb. 1 – 10 dekabr 2008-ci il tarixləri aralığında qiymətləndirmə imtahanı keçirildi. Ərizəçi həmin imtahanda iştirak etdi, ancaq imtahandan keçə bilmədi. 16 dekabr 2008-ci il tarixdə Ərizəçi imtahanda uğursuz olduğuna görə, işdən azad olundu.

23 dekabr 2008-ci il tarixdə Ərizəçinin vəkili Mərkəzdən imtahana aid sənədləri (“sənədlər”) və ərizəçinin şəxsi sənədini (“sənəd”) təqdim etməsini istədi. Mərkəz 5 yanvar 2009-cu il tarixli məktubu ilə həmin sənədləri verməkdən imtina etdi, bildirdi ki, həmin sənədlər yalnız məhkəmənin tələbi ilə verilə bilər.

Ərizəçi Səbail Rayon Məhkəməsində Mərkəz rəhbərinə qarşı iddia qaldırdı. O, məhkəmədən xahiş etdi ki, Mərkəz rəhbərinin hərəkətlərini və imtahanın nəticələrinin onunla bağlı hissəsinin qanunsuz olması barədə qərar qəbul etsin. O, həmçinin, məhkəmədən ona aid sənədlərin açıqlanmasına dair qərar çıxarılmasını da istədi.

24 fevral 2009-cu il tarixdə Səbail Rayon Məhkəməsi imtahanın qanuna uyğun keçirildiyi əsası ilə Ərizəçinin iddiasını rədd etdi. Məhkəmə həmçinin, Ərizəçiyə aid sənədlərin istənilməsinə əsas görmədiyi üçün onları istəmədi.

Ərizəçi apellyasiya şikayəti Verdi. Şikayətində bildirdi ki, o, artıq üç dəfə belə imtahanlarda iştirak edib. Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən, o, 10 dekabr 2008-ci il tarixli imtahanda iştirakdan azad edilməli idi. Ərizəçi əvvəlki imtahanlarda iştirakını sübut edə bilmədiyini bildirdi, bunu ona aid sənədlərin məhkəməyə təqdim olunması ilə isbat edə biləcəyini qeyd etdi. Ərizəçi həmçinin imtahanın peşəkar qiymətləndirmə imtahanlarının təşkili ilə bağlı Qaydaların 1.2-ci bəndinə uyğun təşkil olunmadığını iddia etdi (Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qayda-dan söhbət gedir).

2 iyun 2009-cu il tarixdə Bakı Apelyasiya Məhkəməsi, 7 oktyabr 2009-cu il tarixdə isə Ali Məhkəmə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladı.

ŞİKAYƏTLƏR

1. Ərizəçi məhkəmə araşdırmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinin işığında ədalətli olmamasından şikayət edir. O, özəlliklə qeyd edir ki, daxili məhkəmələr cavabdehdən ona aid şəxsi sənədləri almaq tələbini təmin etməyiblər, hansı ki, həmin sənədlər Ərizəçinin iddialarını sübut edəcək yeganə sübut idi.

2. Ərizəçi işdən azad olunmasının onun Konvensiyanın 8-ci maddəsi ilə təminat altına alınan şəxsi həyatına hörmət hüququnu pozduğundan şikayət edir.

3. Ərizəçi, Konvensiyanın 13-cü maddəsinə əsasən, effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusundan şikayət edir.

TƏRƏFLƏRƏ SUALLAR

1. Ərizəçinin peşə qiymətləndirilməsi imtahanı ilə bağlı məhkəmə araşdırması Konvensiyanın 6.1-ci maddəsi işığında ədalətli keçirildimi? Özəlliklə, əlaqəli sənədlərin əldə edilməsi ilə bağlı çatışmazlıqlar Konvensiyanın 6.1-ci maddəsi işığında ədalətli müahkimə qarantiyalarına uyğun idimi?

2. Ərizəçinin qanuna uyğun olmadığı iddia olunan peşə qiymətləndirməsi imtahanı nəticəsində işdən çıxarılması onun Konvensiyanın 8.1 maddəsi mənasında şəxadsi həyata hörmət hüququna müdaxilə təşkil edibmi? Əgər belədirsə, bu müdaxilə qanuna uyğun, 8.2-ci maddə baxımından gərəkli idimi?

3. Ərizəçi Konvensiyanın 13-cü maddəsinə uyğun olaraq, səmərəli daxili müdafiə vasitələrinə malik idimi?