Kommunikasiya 13 dekabr 2017-ci il tarixdə başlamışdır
BEŞİNCİ SEKSİYA
Ərizə № 53957/12
Lətif ƏHMƏDOV Azərbaycana qarşı
Ərizə 9 avqust 2012-ci il tarixdə qəbul edilmişdir
FAKTLARIN TƏSVİRİ
Ərizəçi cənab Lətif Əhmədov 1962-ci ildə anadan olmuş, Sumqayıt şəhərində yaşayan Azərbaycan vətəndaşıdır. O, Məhkəmədə Sumqayıtda fəaliyyət göstərən vəkil cənab A.Qasımlı tərəfindən təmsil olunur.
İşin faktiki halları Ərizəçinin təqdim etdiyi kimi, belə ümumiləşdirilə bilər.
Ərizəçi Sumqayıtdakı şadlıq sarayı (“Əmlak”) mülkiyyətində 50 faizlik paya sahib idi. Ərizəçi 28 avqust – 23 oktyabr 2007-ci il tarixlərində Azərbaycandan xaricə səfərə getmişdi. Ərizəçinin qardaşı oğlu S.F. 4 sentyabr 2007-ci il tarixdə xüsusi T özəl bankı ilə kredit müqaviləsi bağladı.
4 Sentyabr 2007-ci il tarixdə Ərizəçinin qardaşı YA 30 avqust 2007-ci il tarixdə Azərbaycanda verildiyi iddia edilən etibarnamə (“POA”) əsasında həmin kredit müqaviləsi ilə əlaqədar T. ilə ipoteka müqaviləsi bağladı.
4 mart 2009-cu il tarixdə S.F. ilə “T”. Arasında ikinci bir kredit müqaviləsi imzalandı. Həmin tarixdə Y.A. ilə “T” arasındakı ipoteka razılaşması da yeniləndi.
Ərizəçi 29 iyul 2010-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsində “T”.-ə qarşı iddia qaldırdı. O, ipoteka müqaviləsinin, ona düzəlişlərin ləğv edilməsini tələb etdi, bildirdi ki, həmin müqavilələr saxta etibarnamə – ölkədə olmadığı dövrdə verilmiş etibarnamə ilə bağlanılıb.
20 avqust 2010-cu il tarixdə “T” Sumqayıt şəhər Məhkəməsində Ərizəçi və S.F.-yə qarşı iddia qaldırdı. “T” S.F.nin defolt olduğunu əsas gətirərək, ipoteka müqaviləsinin şərtlərinə uyğun olaraq Ərizəçinin əmlakının hərrac yolu ilə satılmasını tələb etdi.
Sumqayıt şəhər Məhkəməsi 19 aprel 2011-ci il tarixdə Ərizəçinin iddiasının rədd edilməsini, “T”.-nin iddiasının təmin edilməsinə qərar verdi. Məhkəmə bildirdi ki, etibarnamə ərizəçi tərəfindən verilməmiş olsa belə, o, “əmlakının girov qoyulmasından xəbərsiz ola bilməzdi”.
6 sentyabr 2011-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsi, 9 fevral 2012-ci il tarixdə isə Ali Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırmalarını təkrarladı, həmin qərarı qüvvədə saxladı.
ŞİKAYƏTLƏR
Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, üçüncü tərəflər arasında saxta etibarnamə ilə bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq, ona məxsus əmlakının hərrac yolu ilə satılması ilə bağlı dövlətin onun mülkiyyət maraqlarını müdafiə etməməsindən şikayətlənir.
TƏRƏFLƏRƏ SUALLAR
- Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq, Ərizəçinin mülki hüquq və vəzifələrinin müəyyənləşdirilməsi üçün ədalətli məhkəmə araşdırılması aparıldımı?
- Üçüncü tərəflər arasında saxta etibarnamə əsasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq, Ərizəçiyə məxsus əmlakın hərrac yoluyla satılması ilə 1 saylı Protokolun 1-ci maddəsi pozulubmu?