3 ərizənin hökumətlə kommunikasiya edilməsinə başlanılıb

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən 3 şikayət üzrə kommunikasiyaya başlayıb. Həmin şikayətlər ölkədən çıxışa qadağa qoyulması, qadağanın qaldırılmasını nəzərdə tutan məhkəmə qərarlarının icra edilməməsi və məhbusun həbsxana tibbi müəssisəsinə qarşı mübahisəsinin səmərəsiz olması ilə əlaqəlidir.

Ramiz İsmayıl oğlu Cəfərov və Abbas Tofiq oğlu Səfərovun işi (20187/19 və 59016/19) səyahət qadağası ilə bağlıdır. Ərizəçilər ədalətli məhkəmə araşdırması və hərəkət azadlığı hüqularına müdaxilə olunduğunu iddia edirlər.

Natiq Fərhad oğlu Mirzəyevin işində (11490/12) məhbus ərizəçi tibbi müalicə üçün müraciət edib, səmərəsi olmayıb. O, məhkəməyə müraciət edib, iddiaları təmin edilməyib. Üstəlik, onun məhkəmə iclaslarında iştirakı da təmin edilməyib. Ərizəçi ədalətli məhkəmə araşdırması hüququna (maddə 6) müdaxilə olunduğunu iddia edir.

Şikayətlər barədə Hökuməti bilgiləndirən AİHM ona aydınlaşdırıcı suallar ünvanlayıb.