BEŞİNCİ BÖLMƏ
QƏRAR
Ərizənin nömrəsi: 22823/10
Naidə Cəfər qızı İSMAYILZADƏ Azərbaycana qarşı
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 12 sentyabr 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:
Ganna Yudkivska, President,
André Potocki,
Yonko Grozev, hakimlər,
və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
19 aprel 2010-cu il tarixli Ərizəni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR və PROSEDUR
Ərizəçi xanım Naidə Cəfər qızı İsmayılzadə 1955-ci ildə doğulub.
Ərizəçi Konvensiyanın 6.1-ci, 8-ci, 13-cü maddələrinə əsaslanaraq, yerli məhkəmələrin qərarlarının əsaslandırılmış olmamasından şikayət edib. Məhkəmə şikayətin qəbuledilənliyi, əsasları ilə bağlı görüşlərini bildirməsi üçün Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirib.
Hökumətin görüşləri Ərizəçiyə göndərildi, ancaq Ərizəçidən cavab alınmadı.
Məhkəmə 11 oktyabr 2018-ci il və 5 iyun 2019-cu il tarixlərdə xəbərnamlə poçt vasitəsilə Ərizəçiyə məktublar göndərdi, müşahidələrini təqdim etmək üçün müəyyən edilmiş icazə verilən müddətin 20 iyun 2018-ci il tarixdə başa çatdığını, müddətin uzadılmasının tələb olunmadığını bildirdi. Məhkəmə Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndini (a) Ərizəçilərin diqqətinə çatdırdı. Bildirdi ki, şərtlər Ərizəçinin ərizə üzrə araşdırmanın davam etdirməsi niyyətində olmaması nəticəsinə gəlməyə əsaslar verdiyi hallarda, Məhkəmə ərizəni baxılacaq işlər siyahısından çıxara bilər.
Ərizəçi 21 iyun 2019-cu ildə Məhkəmənin son məktubunu aldı. Ancaq məktuba cavab alınmadı.
QANUNVERİCİLİK
Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə, digər Ərizəçinin, eləcə də Ərizəçinin varislərinin artıq ərizənin araşdırılmasını davam etdirməyi istəmədiyi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi. Göstərilənlərə görə, ərizə siyahıdan çıxarılmalıdır.
Bu səbəblərə görə, Məhkəmə yekdilliklə,
Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.
Qərar ingilis dilində hazırlandı və 3 oktyabr 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.
Liv Tigerstedt,
Acting Deputy
Ganna Yudkivska,
Beşinci Bölmə, President