2002-2021, AZƏRBAYCAN – AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSI – Araşdırma

Azərbaycan 15 aprel 2002-ci il tarixdə Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarının ratifikasiya olunduğunu bəyan edib. Həmin tarixdən Konvensiya və onun Protokolları Azərbaycana münasibətdə qüvvəyə minib və Azərbaycan Respublikası yurisdiksiyası altında olan şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ yaranıb.

Media Hüququ Qrupu-nun hazırladığı bu araşdırma qeyd edilən tarixdən başlayaraq, Azərbaycan – Avropa İnsan Hüquqları Məhkəməsi münasibətləri kontekstindəki gəlişmələri əhatə edir. Sənəddə ümumi olaraq, hüquq və azadlıqların qorunmasında AİHM alətinin önəmindən, bu alətdən istifadənin yönlərini düzənləyən milli qanuni mexanizmlərdən, AİHM-də şikayətlərə baxılmasının, qərarvermənin, qərarların icrasının prosessual tərəflərindən, durumundan bəhs edilir.

Sənəddə həmçinin, AİHM-ə şikayətlər, AİHM-in qəbul etdiyi qərarlar, qərarların icrası ilə bağlı görülmüş tədbirlərə illik statistik bilgilərin işığında yer verilib. Araşdırma AİHM-in, AŞ NK-nın, Azərbaycanın əlaqəli rəsmi qurumlarının, AİHM-ə şikayətçilərin, onların təmsilçilərinin bilgilərinə söykənir.

Hesabat 5 bölmədən ibarətdir. 1-ci bölmədə Azərbaycan – Avropa Şurası, AİHM münasibətlərinin tarixçəsinə yer verilib. 2-ci bölmə AIHM alətindən istifadənin qanunvericilik çərçivəsi barəsindədir. 3-cü bölmə AİHM qərarlarının icrası ilə bağlı milli qanunverici çərçivəyə həsr olunub.

Hesabatın 4-cü bölməsi 2002-ci ildən 2021-ci ilin əvvəlinə qədər Azərbaycandan AİHM-ə göndərilmiş şikayətlər, AİHM-in qərarları, həmin qərarlarla müəyyən edilən tədbirlər haqqındadır. Bu bölmədə təqdim edilən cədvəldə AİHM-in tanıdığı bütün pozuntuların statistikası ifadə olunur.

Hesabatın 5-ci bölməsi AİHM-in 2002-2021-ci illərdə Azərbaycanla bağlı çıxardığı qərarların icrası kontekstini əhatə edir.

Sənəd illik yenilənir, hazırkı sənəddəki bilgilər 2002-ci ildən 2021-ci ilin əvvəlinə qədərki gəlişmələri əhatə edir.

Azərbaycanca – 2002-2021 AZƏRBAYCAN – AVROPA İNSAN HAQLARI MƏHKƏMƏSI -araşdırma

English – 2002-2021 AZERBAIJAN – EUROPEAN COURT OF HUMAN RIGHTS – research