№19208/11 NATELLA İSAYEVA AZƏRBAYCANA QARŞI – 31 YANVAR 2019-CU İL

BEŞİNCİ BÖLMƏ
QƏRAR

Ərizənin nömrəsi: 19208/11
Natella İSAYEVA Azərbaycana qarşı

Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 31 yanvar 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:

Síofra O’Leary, President,
Mārtiņš Mits,
Lado Chanturia, hakimlər,

və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
10 mart 2011-ci il tarixli Ərizəni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:

FAKTLAR və PROSEDUR

Ərizəçi xanım Natella Fərhad qızı İsayeva 1977-ci ildə doğulub.

Onu Məhkəmə qarşısında Azərbaycanda fəaliyyət göstərən hüquşunas cənab C.Həsənov təmsil edib.

Ərizəçi Konvensiyanın 8-ci maddəsinə əsaslanaraq, əlaqəli dövlət qurumlarının ona müvəqqəti yaşayış izni verməməsindən şikayət edirdi. Məhkəmə Ərizəçilərin şikayətləri barədə Azərbaycan Hökumətini (Hökumət) bilgiləndirdi.

Ərizəçinin nümayəndəsi 3 sentyabr 2018-ci il tarixdə hüquqi problemin artıq həllini tapdığını, ərizəni geri götürmək istədiklərini Məhkəməyə bildirdi.

QANUNVERİCİLİK

Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq, Ərizəçilərin artıq ərizənin araşdırılmasını davam etdirmək istəməməsi nəticəsinə gəldi (Konvensiyanın 37 § 1 (a) maddəsi). Məhkəmə Konvensiyanın 37 § 1-ci maddəsinə uyğun olaraq, Ərizənin araşdırılmasının davam etdirilməsi üçün xüsusi hal müəyyən etmədi.

Yuxarıda göstərilənlərə görə, Ərizə siyahıdan çıxarılmalıdır.

Bu səbəblərə görə, Məhkəmə yekdilliklə, Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.

Qərar ingilis dilində hazırlandı və 21 fevral 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.

Liv Tigerstedt,
Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi vəzifəsini icra edən

Síofra O’Leary
Beşinci Bölmə, Prezident