BEŞİNCİ BÖLMƏ
QƏRAR
Ərizənin nömrəsi: 1781/09
Sevda CAVANŞİROVA Azərbaycana qarşı
Avropa İnsan Hüquqları Məhkəməsi (Beşinci Bölmə), 6 iyun 2019-cu il tarixdə aşağıdakı heyətdən ibarət Komitədə:
Yonko Grozev, President,
Ganna Yudkivska,
André Potocki, hakimlər,
və Liv Tigerstedt, Qeydiyyat Bölməsi Rəhbərinin Köməkçisi,
25 dekabr 2008-ci il tarixli Ərizəni diqqətə alaraq,
Müzakirələrdən sonra aşağıdakı qərarı qəbul etdi:
FAKTLAR və PROSEDUR
Ərizəçi xanım Sevda Cavanşır qızı Cavanşirova 1963-cü ildə doğulub. Ərizəçini məhkəmə qarşısında hüquqşunas xanım Ş.Hümbətova təmsil edib.
Ərizəçi Konvensiyanın 6-cı və 8-ci maddələrinə, 1 Saylı Protokolunun 1-ci Maddəsinə əsaslanaraq, şəxsi mənzilinə hörmət və əmlakından sərbəst istifadə etmək hüququnun pozulmasından şikayət edib. Məhkəmə Ərizəçinin şikayətləri barədə Azərbaycan Hökumətini (” Hökümət”) bilgiləndirdi.
Ərizəçinin təmsilçisi 15 yanvar 2018-ci il tarixdə Məhkəməni Ərizəçinin 21 dekabr 2016-cı il tarixdə vəfat etməsi barədə məlumatlandırdı, onun əvəzinə ərizənin araşdırılmasının davam etdirilməsini istədiyini bildirdi.
QANUNVERİCİLİK
Məhkəmə müəyyən etdi ki, Ərizəçi vəfat edib, onun heç bir varisi və ya yaxın qohumu və ya qanuni marağı olan başqa bir şəxs ərizənin araşdırılmasının davam etdirilməsini istəməyib. Ərizənin araşdırılmasının davam etdirilməsini istəyən Ərizəçinin təmsilçisi isə qeyd edilən kateqoriyalardan heç birinə aid deyil (bax, Chiyanova Rusiyaya qarşı, № 25085/05, 24 may 2016).
Beləliklə, Məhkəmə xanım Hümbətovanın Ərizəçinin əvəzinə Məhkəmə qarşısında ərizənin araşdırılmasının davam etdirilməsini istəməsinin qanuni maraqlar çərçivəsində olmasını qəbul etmir.
Yuxarıda qeyd edilənlərin işığında Məhkəmə, ərizənin araşdırılmasını davam etdirmək üçün əsasların olmaması, Konvensiyanın 37-ci maddəsinin 1 (c) bəndinə əsasən, ərizənin baxılacaq işlərin siyahısından çıxarılmalı olması qənaətinə gəldi.
Buna görə, ərizə baxılacaq işlərin siyahısından çıxarılmalıdır.
Beləliklə, Məhkəmə yekdilliklə,
Ərizəni baxılacaq işlərinin siyahısından çıxarmaq qərarı verdi.
Qərar ingilis dilində hazırlandı və 27 iyun 2019-cu il tarixdə yazılı şəkildə elan edildi.
Liv Tigerstedt,
Acting Deputy
Yonko Grozev,
Beşinci Bölmə, President