№8826/20 FARİZ NAMAZLI AZƏRBAYCANA QARŞI – 23 may 2022-ci il

 

23 may 2022-ci il tarixdə bilgi dərc edilib

 

BEŞİNCİ BÖLMƏ

Ərizənin nömrəsi: 8826/20

Fariz Mübariz oğlu NAMAZLI Azərbaycana qarşı

30 yanvar 2020-ci il tarixdə daxil olub

 

3 may 2022-ci il tarixdə hökumətlə kommunikasiya başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Bu işdə ərizəçi hüquqşünasdır. Həbsxana rəhbərliyi tərəfindən onun şəxsi həyatına və yazışmalarına hörmət hüququna iddia edilən müdaxilədən şikayət edib. Ərizəçi ölkədaxili prosedrlar zamanı həbsxana rəhbərliyinin onun sənədlərini qanunsuz olaraq yoxlamasından və həbsxanada hüquqi xidmət göstərdiyi müvəkkilinin görüş zamanı ona verdiyi ifadəni götürməsindən şikayət edib. Daxili məhkəmələr, iddiaları təsdiq edən müvafiq sübutları təqdim etmədiyini əsas göstərərək, onun şikayətlərini mahiyyəti üzrə araşdırmaqdan imtina ediblər.

Konvensiyanın 6 və 8-ci maddələrinə əsaslanan ərizəçi iddia edir ki, onun sənədlərinin yoxlanılması və müdafiə etdiyi şəxsin ifadəsinin həbsxana rəhbərliyi tərəfindən götürülməsi, habelə, daxili məhkəmələrin bununla bağlı şikayətlərinə mahiyyəti üzrə baxmaqdan imtina etməsi, onun Konvensiya ilə təminat altına alınan ədalətli məhkəmə araşdırması və şəxsi həyata hörmət hüquqlarını pozub.

TƏRƏFLƏRƏ SUALLAR

1. Konvensiyanın 8-ci maddəsinin 1-ci bəndinin mənası baxımından ərizəçinin şəxsi həyatına və yazışmalarına hörmət hüququna müdaxilə baş verbmi? Müdaxilə baş veribsə, bu müdaxilə, qanuna uyğun və 8-ci maddənin 2-ci bəndi baxımından zəruri idimi?

2. Ərizəçinin yerli məhkəmələrin onun iddialarını mahiyyəti üzrə araşdırmaqdan imtina etməsi ilə bağlı şikayətinə gəldikdə, bu şikayət, mülki hüquq və vəzifələrin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məsələsi olaraqmı (Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi), yoxsa effektiv müdafiə vasitələrinin olmaması iddiası kimi (Konvensiyanın 8-ci maddəsi ilə birlikdə götürülməklə 13-cü maddə) incələnməlidir?

3. Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq mülki hüquq və vəzifələrinin müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək imkanına sahib idimi?

4. Ərizəçinin əlində Konvensiyanın 13-cü maddəsinin tələb etdiyi kimi, 8-ci maddə çərçivəsindəki şikayətləri üçün effektiv daxili müdafiə vasitələri var idimi?