№8679/21 Orxan SƏFƏROV Azərbaycana qarşı – 19 FEVRAL 2024-CÜ İL

 

19 fevral 2024-cü il tarixdə dərc edilib

 

BİRİNCİ BÖLMƏ

 

Ərizənin nömrəsi: 8679/21

 

Orxan SƏFƏROV Azərbaycana qarşı

 

25 yanvar 2021-ci il tarixdə təqdim edilmişdir
1 fevral 2024-cü il tarixdə hökumətlə kommunikasiya edilməyə başlanılıb

MƏHKƏMƏ İŞİNİN MÖVZUSU

Şikayət Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinərək üç il üç ay müddətinə azadlıqdan məhrum edilmiş ərizəçiyə qarşı cinayət işinə aiddir.

Ərizəçi iddia edir ki, yerli məhkəmələr onun iştirakı və ifadələri prosesin nəticəsinə həlledici təsir göstərəcək şahidlərin dindirilməsi ilə bağlı vəsatətlərini təmin etmədiyi üçün ona qarşı cinayət prosesi ədalətsiz olub.

TƏRƏFLƏRƏ SUALLAR

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ona qarşı aparılan cinayət prosesində ədalətli məhkəmə araşdırmasına malik idimi? Xüsusilə, ərizəçi Konvensiyanın 6-cı maddəsinin 3 (d) bəndinin tələb etdiyi kimi, onun əleyhinə olan şahidləri dindirə və onun adından şahidlərin iştirakını təmin edə bildimi?